Azərbaycan Premyer Liqasının 6-cı "Qəbələ" - "Neftçi" matçı (0:3) bitəndə qalmaqallı hadisə yaşanıb.
Median.Az qol.az-a istinadən xəbər verir ki, oyun bitən kimi qonaq komandanın hücumçusu Rauf Əliyev tribunaya tərəf gedib. Bu zaman onunla azarkeşlərdən biri arasında mübahisə yaranıb. Rauf tribunaya çıxmaq istəsə də, polis buna mane olub. Daha sonra onlardan biri Raufun qolundan tutaraq tribunaya aparıb.
İnsidentin hansı səbəbdən baş verdiyi hələlik bilinmir.