DÇ-də Hacı Əliyevlə hakimlər arasında qalmaqal: uduzduruldu və kənarlaşdırıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:56 Rüşvət verməyə təhriketməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq  |     18:50 Rüşvət verməyə təhriketməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq  |     18:43 Bərdədə arı sancması ölümə səbəb olub  |     18:40 Bakıda veloyürüş keçiriləcək  |     18:13 Bakıda yeniyetmənin uşaq evində təhqirə və zorakılığa məruz qalması ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI - VİDEO  |     18:08 Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib  |     17:59 ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərib  |     17:38 Bakının mərkəzindəki tuneldə yük maşını AŞIB - Yolda hərəkət MƏHDUDLAŞDI  |     17:30 Ağstafada yeniyetmə bıçaqlanıb  |     17:17 Məhərrəmlik bitdi, toylar başladı - Qızıl BAHALAŞACAQ?  |     17:15 Bakının bir küçəsi bağlanacaq  |     17:08 Bakı həbsxanasında daha bir məhkum öldü  |     16:39 Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ  |     16:33 Sabah Bakıya leysan, dağlıq ərazilərə qar yağacaq  |     16:28 Polşada ölən tələbə məktəb direktorunun oğlu imiş  |     16:19 Milyonlarla manat pul, mindən çox bank kartı, 25 mənzil - Azərbaycanda ŞOK ƏMƏLİYYAT (VİDEO)  |     16:11 Zabrat yolunda ağır qəza: Üç avtomobil toqquşdu - VİDEO  |     16:04 Bibisi qızını qısqanclığa görə bıçaqlayan şəxs cəzalandırıldı  |     15:59 Azərbaycan Müdafiə Nazirliyi antiterror əməliyyatından kadrları paylaşdı (VİDEO)  |     15:46 Sentyabrın 21-nə olan hava proqnozu AÇIQLANDI  |    

DÇ-də Hacı Əliyevlə hakimlər arasında qalmaqal: uduzduruldu və kənarlaşdırıldı

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında Azərbaycan yığmasının güləşçisi xoşagəlməz hadisə ilə üzləşib.

65 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev ilk görüşündə rusiyalı Hacımurad Rəşidova uduzub – 2:4.

Lakin idmançımız bu görüş qalmaqallı keçib. Belə ki, görüşün bitməsinə saniyələr qalmış pəhləvanımız 2:3 hesabı ilə uduzarkən tətbiq etdiyi fənd hakimlər tərəfindən iki xalla qiymətləndirilib və idmançımız 4:3 irəli keçib. Lakin rəqibin etirazından sonra bu iki xal silinib və dağıstanlı idmançıya daha bir xal verilib.

Bunu haqsızlıq sayan H.Əliyev qarşılaşmanın sonuncu saniyəsində etiraz əlaməti olaraq mübarizəni davam etdirməyib. Məşqçi və hakimlərin tələbi ilə xalça üzərinə qayıdan güləşçimiz görüş başa çatdıqdan sonra da etirazını nümayişkaranə şəkildə göstərib.

O, qalibi elan etmək üçün hakimə yaxınlaşmayıb. Nəticədə referi ikiqat Avropa çempionu olan rusiyalını tək qalib sayıb. Bundan sonra H.Əliyev hakimlərlə sərt mübahisə edib və məğlub olmadığını sübut etməyə çalışıb. O hətta ədalət təmsilçilərinin istifadə etdiyi əl tablosunu da götürərək onların özlərinə “qırmızı” göstərib və yerə çırpıb. Bundan sonra Hacı Əliyev dünya çempionatından diskvalifikasiya olunub.

Qeyd edək ki, Hacı Əliyev 2017-ci ilin dünya çempionatının finalında məhz bu rəqibi üzərində qələbə ilə qızıl medal qazanmışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 070 19.09.19 12:25