Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:26 "Göygöl" komandasına texniki məğlubiyyət verilib  |     20:22 Naxçıvanda mikroavtobus yanıb  |     20:16 Myanmada daşqınlar nəticəsində ölənlərin sayı 290-ı ötüb  |     20:09 ABŞ-də dairə hakimi iş otağında güllələnib  |     20:02 MN-də 143 milyonluq mənimsəmə: Şahid qismində dəvət olunan rəis məhkəməyə gəlmədi  |     19:51 Venesuela məhkəməsi Argentina Prezidentinin həbsinə order verib  |     19:41 Pensiya alanlara ŞAD XƏBƏR  |     19:19 Azərbaycanda iki qardaş yarım milyardı necə mənimsədi?  |     19:10 Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib?  |     18:56 Rüşvət verməyə təhriketməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq  |     18:50 Rüşvət verməyə təhriketməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya olunacaq  |     18:43 Bərdədə arı sancması ölümə səbəb olub  |     18:40 Bakıda veloyürüş keçiriləcək  |     18:13 Bakıda yeniyetmənin uşaq evində təhqirə və zorakılığa məruz qalması ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI - VİDEO  |     18:08 Rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən şəxs Almaniyadan Azərbaycana ekstradisiya edilib  |     17:59 ABŞ Azərbaycana daha iki minaaxtaran it göndərib  |     17:38 Bakının mərkəzindəki tuneldə yük maşını AŞIB - Yolda hərəkət MƏHDUDLAŞDI  |     17:30 Ağstafada yeniyetmə bıçaqlanıb  |     17:17 Məhərrəmlik bitdi, toylar başladı - Qızıl BAHALAŞACAQ?  |     17:15 Bakının bir küçəsi bağlanacaq  |    

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayıtdıqları iddia edilir. Bildirilir ki, bəziləri bu evlərdən yaşamaq yox, yeni gəlir mənbəyi kimi istifadə edir. Xüsusilə də işğaldan azad olunan ərazilərə kütləvi turist axınından sui-istifadə edilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən (Qaçqınkom) Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət tərəfindən verilən mənzilin başqasına kirayə verilməsi hallarına vaxtilə Bakıda da rast gəlinib.

"Əvvəllər buna nəzarət edən sahə nümayəndələri olurdu və belə hal aşkarlandıqda qarşısı alınırdı. İndi isə azad edilən ərazilərdə buna nəzarət etmək hələlik mümkün deyil. Bizim komitə olaraq işimiz insanların öz ata-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir. İlkin mərhələdə Bakıda yaşayış durumu çox pis olanların qayıdışı təmin olunur. Onların Bakıda digər mənzillərə sahib olmadıqları tərəfimizdən dəqiqləşdirilib", - deyə cavabda bildirilib.

Qeyd edək ki, Bakı və Bakı ətrafında məcburi köçkünlər üçün salınan qəsəbələrdə vaxtaşırı reydlər keçirilir, ev verilən şəxslərin həmin mənzillərdə yaşayıb-yaşamadığı təsbit edilirdi. Dövlətin verdiyi evdə yaşamayıb, ondan qazanc məqsədilə istifadə edən və kirayə verənlər aşkarlanırdısa, həmin mənzil dərhal geri alınır, ehtiyacı olana təqdim edilirdi.

Bu təcrübənin işğaldan azad edilmiş ərazilərdə də tətbiq ediləcəyi istisna deyil.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            159 20.09.24 16:39