Məhərrəmlik bitdi, toylar başladı - Qızıl BAHALAŞACAQ? » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:24 Rüfət Səfərov saxlanıldı  |     20:37 İkiqat Olimpiya çempionu məşq zamanı qəzaya uğradı  |     20:15 Suriya ordusu Həmaya əlavə qüvvələr göndərir  |     19:59 "Beşiktaş"ın yeni prezidenti dekabrın 29-da məlum olacaq  |     19:31 Latviya, Litva və Estoniyanın Gürcüstandakı səfirləri XİN-ə çağırılıblar  |     19:19 DİN Rüfət Səfərovun saxlanılmasına aydınlıq gətirdi  |     18:51 İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub  |     18:35 Qadın voleybolçular arasında Yüksək Liqada I turun qarşılaşmaları keçirilib  |     18:25 Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan etdi  |     18:17 "Sədərək" ticarət mərkəzini su basdı - VİDEO  |     18:03 Azərbaycanda zavodda qurğuya düşən usta vəfat edib  |     17:42 Yerə iki potensial təhlükəli asteroid yaxınlaşır – Detallar  |     17:36 Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır  |     17:27 Naxçıvanda üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər təyin olunub  |     16:56 Azərbaycan və İran XİN rəhbərləri görüşüb  |     15:36 "BakıKart"ın problemi nə vaxt həll ediləcək? -Rəsmi açıqlama  |     15:24 Azərbaycanda bu şəxslərin pensiyası artacaq  |     15:13 Bakıda keçmiş nazir müavinini maşın vurub öldürdü  |     15:07 İraqda 5 PKK terrorçusu zərərsizləşdirildi  |     14:45 Bəzi yerlərdə leysan yağacaq, duman olacaq - SABAHIN HAVASI  |    

Məhərrəmlik bitdi, toylar başladı - Qızıl BAHALAŞACAQ?

Məhərrəmliyin bitməsi şadlıq saraylarında, restoranlarda, gözəllik salonlarında və s. sahələrdə canlanmaya səbəb olub. Xalqımızın toyunu, nişanını zinət əşyası olmadan təsəvvür etmək olmaz.

Bəs bu il məhərrəmlikdən sonra toyların, nişanların artması qızıl satışına necə təsir edib? Bu sahədə canlanma müşahidə olunurmu?

"Azərbaycan zərgərlər assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Toğrul Abbasquliyev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, toy, nişan mərasimlərinin başlaması qızıl satışında canlanmaya səbəb olub.

O, daha sonra qızılın qiymətinin artmasının satışlara təsiri barəsində danışıb:

"Qızılın qiymətinin son vaxtlar kəskin dərəcədə artması mənfi haldır. Bu gün 1 qram, 999 əyar təmiz qızılın qiyməti 83-84 dollar arasında dəyişir. Alıcılıq qabiliyyətini nəzərə alsaq, təbii ki, bu qiymət satışlara təsir edir".

Müsahibimiz bildirib ki, cüzi satış artımı olsa da, qiymət artımına görə satış gözləntilərdən azdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            216 20.09.24 17:17