Mojo.az Banner
16:38 17 yaşlı Kamalın ölümünə görə cinayət işi açıldı  |     16:33 Barselonada Türk Hava Yollarına məxsus təyyarədə HƏYƏCANLI ANLAR  |     16:17 İlham Əliyev İqbal Hüseynovu vəzifəsindən azad etdi  |     16:11 Türkiyə İranla bağlı hər vəziyyətə hazırdır - Hakan Fidan  |     16:04 Mənzillərdə dəm qazı detoktoru quraşdırılmalıdır - Ekspert  |     15:57 Hava yenidən kəskin DƏYİŞƏCƏK - Bu tarixdən  |     15:53 Binəqədidə bina YANIR - VİDEO  |     15:43 Sosial şəbəkələrdə bu məlumatları paylaşmaq qadağan olundu  |     15:36 ABŞ İrana bu raketlərlə zərbə endirə bilər  |     15:30 Samir Abasov işləmədən "Neftçi"dən maaş alacaq  |     15:16 "Alim Qasımova muğam oxuyanda düzgün oturmağı qəsdən öyrətmədim" - FOTO  |     15:10 Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi  |     15:03 İcra başçılarının kütləvi ixtisarları gündəmdə: Yeni idarəetmə modeli necə olacaq?  |     14:56 "Vətəndaş qəbulu üçün gəlməyə ehtiyac yoxdur, "whatsapp" kanalı yaratmışıq" - Deputat  |     14:49 ABŞ Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib? – Səfirlikdən açıqlama  |     14:42 Şahin Şıxlinskinin cinayət işindən yeni xəbər var  |     14:34 TRIPP dəmir yolu: Tikinti işləri nə zaman başlayacaq?  |     14:29 Nazirliyinin idarə rəisi vəzifəsindən azad edildi - FOTO  |     14:23 Bu ərazilər işıqsız qalacaq  |     14:13 “Harada park etdim?” problemi tarixə qovuşur: “Google”dan yeni funksiya  |    
Left Banner
Right Banner

"Göygöl" komandasına texniki məğlubiyyət verilib

20.09.2024 20:26 876
AFFA II Liqada çıxış edən “Göygöl” komandasına texniki məğlubiyyət (0:3) verib.

Bu barədə İntizam Komitəsinin növbəti iclasında qərar qəbul olunub.

Buna III turda “Şəmkir” klubu ilə ev matçının 83-cü dəqiqəsində “Göygöl”ün heyətində adı matçın protokolunda olmayan Araz Quliyevin meydana çıxması səbəb olub. Bununla yanaşı, “Göygöl” klubu 400 manat cərimələnib. Komanda 5 futbolçusu sarı vərəqə aldığına görə 70, oyunöncəsi iclasda polis nümayəndəsi iştirak etmədiyi üçün 80 manat cərimələnib.

AFFA meydan sahiblərini daha bir neçə səbəbdən cərimələyib. Belə ki, iclas otağı hazır olmadığına görə oyunöncəsi toplantı gec başladığı üçün klub 80 manat cərimələnib. "Göygöl" xərəkdaşıyanlar olmadığı üçün 80, komanda üzvlərində “A buraxılışı” vəsiqəsi olmadığına görə isə 50 manat cərimələnib.

Qeyd edək ki, sentyabrın 16-da baş tutan "Göygöl" - "Şəmkir" matçı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.скачать dle 11.3