Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

TRIPP dəmir yolu: Tikinti işləri nə zaman başlayacaq?

15.01.2026 14:34 774
TRIPP dəmir yolu: Tikinti işləri nə zaman başlayacaq?
TRIPP layihəsi ilə bağlı ABŞ və Ermənistan arasında razılaşma əldə edilib və yaradılacaq şirkətin gəlir bölgüsü müəyyən olunub. Qısa müddətdən sonra dəmir yol xəttinin inşasına başlanacağı gözlənilir.

Bəs görəsən, ən tez nə qədər müddətə bu işlərin yekunlaşması mümkün olacaq?

Siyasi şərhçi Ülviyyə Zülfiqar açıqlamasında bildirib ki, TRIPP layihəsi üzrə ABŞ və Ermənistan arasında razılaşmanın əldə olunması və gəlir bölgüsünün müəyyənləşdirilməsi prosesin artıq siyasi niyyət mərhələsindən icra mərhələsinə keçdiyini göstərir.
 
Onun sözlərinə görə, bu, yaxın vaxtlarda dəmir yolu xəttinin inşasına başlanılması üçün hüquqi və maliyyə zəmininin formalaşdığını deməyə əsas verir:

“Lakin bu, avtomatik olaraq sürətli icra demək deyil. Bu cür iri infrastruktur layihələri geniş hazırlıq tələb edir. Marşrutun dəqiqləşdirilməsi, texniki layihələndirmə və torpaq məsələləri kimi qiymətləndirmələr aylar çəkə bilər. Əgər əlavə problemlər yaranmasa, layihənin əsas mərhələsinin yaxın 1–2 il ərzində tamamlanması mümkün ola bilər, lakin niyyətdən asılı olaraq proses sürətlənə də bilər. Regionda baş verən istənilən məsələ prosesə birbaşa təsir göstərə bilər”.


Siyasi şərhçi qeyd edib ki, ABŞ-nin bu layihədə birbaşa iştirakçı olması beynəlxalq maliyyə institutlarının və özəl investorların prosesə daha inamla qoşulmasına şərait yarada bilər:

“Bu isə həm maliyyələşməni sürətləndirər, həm də texnoloji baxımdan layihənin keyfiyyətini yüksəldər. TRIPP layihəsi sadəcə bir dəmir yolu xətti deyil, eyni zamanda regional əməkdaşlıq, iqtisadi inteqrasiya və sabitlik üçün mühüm rol oynayan bir infrastrukturdur”.//sfera.az

Son xəbərlər