Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Horadizə gedən dəmiryol xəttində işlərin başa çatacağı vaxt açıqlandı

16.04.2025 19:40 729
Horadizə gedən dəmiryol xəttində işlərin başa çatacağı vaxt açıqlandı
Osmanlı-İmişli-Horadiz dəmir yolu xəttində işlərin 2028-ci ildə başa çatacağı planlaşdırılır.

Bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı "Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən "Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.

"Osmanlı-İmişli-Horadiz dəmir yolu xəttinin Osmanlı-İmişli hissəsində layihələndirmə davam etdirilir. Prosesin başa çatdırılması Zəngəzur dəhlizinin funksionallığının tam təmin olunmasına, yüklərin həcminin artmasına və hərəkətin təhlükəsiz, sürətli və fasiləsiz təşkilinə şərait yaradacaqdır. Yenidənqurma layihəsinin 2028-ci ildə tamamlanması nəzərdə tutulur", - o vurğulayıb.

Bundan başqa, ADY rəsmisinin sözlərinə görə, Yevlax-Bərdə dəmir yolu xəttinin və rabitə işarəvermə sisteminin layihələndirilməsi üçün işlər davam edir: "Yolun yenidən qurulması Yevlax-Ağdam dəmir yolu xəttinin funksionallığının təmin olunmasına xidmət edəcək. Layihənin 2027-ci ildə tamamlanması nəzərdə tutulur".

Son xəbərlər