Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

"Vətəndaş qəbulu üçün gəlməyə ehtiyac yoxdur, "whatsapp" kanalı yaratmışıq" - Deputat

15.01.2026 14:56 468
"Əziz seçicilər, vətəndaş qəbulu üçün öncədən təyin olunmuş məkana, istidə və ya soyuq havada gəlməyə, əlavə vaxt, enerji və bəzi hallarda yol pulu xərcləməyə ehtiyac yoxdur. Bir aydan çoxdur ki, Milli Məclisdə ilk dəfə olaraq whatsapp kanalı yaratmışıq, 25-ə yaxın müraciət qəbul etmişik".
 
Median.Az
xəbər verir ki, bu sözləri Milli Məclisin deputat Kamal Cəfərov deyib.
 
O qeyd edib ki, whatsapp kanalı vasitəsilə seçicilərinin şikayətlərini dinləyir: 
 
"Proses çox sadədir. Müraciətinizi səsli və yazılı formada whatsapp üzərindən göndərirsiniz, 3 iş günü ərzində sizinlə razılaşdırılmış vaxta şəxsən özüm sizinlə canlı əlaqə yaradıram, 1 iş günü müddətində isə əgər müraciətiniz hansısa dövlət orqanına göndərilməlidirsə, deputat sorğusunun şəklini çəkib sizə göndəririk. Whatsapp kanalımda eyni zamanda çox maraqlı sorğular keçiririk, effektivlik yüksək səviyyədədir, bu il sorğuların və faydalı məlumatların məzmunun həm keyfiyyət, həm də ictimai maraq baxımından daha da genişləndirəcəyik. Kanala abunə olun, ictimai proseslərin aktiv iştirakçısı olun".
 
Deputatın bu yeniliyi birmənalı qarşılanmayıb. Tanınmış jurnalist Pərviz Həşimli mövzu ilə deputata sual ünvanlayıb: Vətəndaşla üz-üzə oturmaq lazımdır. Seçkidə səs istəyəndə de vatsapla istəyəcəksiz?

Deputat həmin suala belə cavab verib: "Biz həm fiziki görüşlərə gedirik, həm də bunu da əlavə imkan kimi təqdim edirik. Son bir il ərzində Sabirabad rayonunda 16 kəndində yüzlərlə seçici ilə görüş keçirmişik". скачать dle 11.3
Mojo.az Banner