Mojo.az Banner
23:29 Mənzil alarkən bu detalı bilməsəniz, ziyana düşəcəksiniz – Əmlak ekspertindən RƏY  |     23:04 Üzərinə spirt tökülərək yandırılan şagirdin son vəziyyəti: Həkim danışdı (Video)  |     22:58 Pezeşkian və Qalibaf Trampın iddialarına cavab verdilər  |     22:33 Bugünkü əməliyyatda saxlanılanların barədə qərar verildi  |     22:32 Hikmət Hacıyev slovakiyalı səfirlə iki ölkə arasındakı əməkdaşlığı müzakirə edib  |     22:31 Avropa çempionatı: Azərbaycan güləşçisi Günay Qurbanova bürünc medal qazandı  |     22:19 Gürcüstanın Azərbaycandakı keçmiş səfiri Acarıstan hökumətinə başçılıq edəcək  |     22:12 Region göstəriciləri reallığı əks etdirirmi? - İqtisadçı deputatın çıxışını şərh etdi  |     22:07 Burnu sınan xadiməyə görə mərkəz direktoru cərimələndi  |     21:59 Cənubi Koreyada qırıcı təyyarələr pilotların əyləncəsi səbəbilə toqquşub: Onlar nə edib?  |     21:54 Bu il Azərbaycanda dəyişdirilən adlar: Qanvoy, Ulçin, Cunaqız...  |     21:48 Azərbaycanda ən az və ən çox doğum qeydə alınan rayonlar (SİYAHI)  |     21:40 Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var  |     21:35 Yuxu üçün maqnezium nə vaxt qəbul edilməlidir?  |     21:27 Bu yolda böyük çuxur yarandı - Avtomobilin təkəri və diski yararsız hala düşdü (Video)  |     21:22 "Salona gəldi və mənə 9 bıçaq zərbəsi vurdu" - Məhkəmə işi  |     21:15 Sabah hava necə olacaq?  |     21:10 Bu il yol qəzalarında 140 nəfər həlak olub  |     21:03 "Livanı dərhal tərk edin!" - ABŞ-dən xəbərdarlıq  |     20:58 Paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər? - AÇIQLAMA  |    
Left Banner
Right Banner

Mənzillərdə dəm qazı detoktoru quraşdırılmalıdır - Ekspert

15.01.2026 16:04 336
Mənzillərdə dəm qazı detoktoru quraşdırılmalıdır - Ekspert
Hamam otağında dəm qazından ölüm hallarının sayı son vaxtlar artmaqdadır. Bu cür hadisələr yay mövsümündə də qeydə alınsa da, qış aylarında daha intensiv xarakter alır. 
 
Bəs qış fəslində hamam otaqlarında dəm qazından boğulma hallarının çoxalmasının səbəbi nədir? Bu kimi təhlükəli vəziyyətlərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
 
Mövzu ilə bağlı  açıqlama verən yanğın təhlükəsizliyi üzrə ekspert Orxan Musayev bildirib ki, əksər hallarda diqqətdən kənarda qalan, lakin birbaşa insan həyatı üçün ciddi risk yaradan əsas məsələlərdən biri tüstü bacalarının texniki vəziyyətidir:

“Tüstü bacalarının düzgün işləməməsi insan həyatı üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər. Dəm qazından zəhərlənmə, yanğınlar və digər ağır nəticələr məhz nasaz bacalardan qaynaqlanır. Bu cür hadisələrin böyük hissəsi bacaların vaxtında təmizlənməməsi və texniki problemlər ucbatından baş verir. Bununla yanaşı ən ciddi problemlərdən biri bacaların köhnəlməsidir. Sovet dövründə inşa edilmiş binalarda və köhnə fərdi evlərdə uzun illərdir təmizlənməyən bacalar artıq yararsız hala düşüb. Çatlar, dağılmış kərpiclər və tutulmuş kanallar dəm qazının birbaşa yaşayış sahəsinə dolmasına səbəb olur”.

O.Musayev əlavə edib ki, təhlükəni artıran digər amillərdən biri də insanların qeyri-peşəkar müdaxiləsidir:

“Bir çox hallarda ev sahibləri bacaları öz imkanları ilə açmağa və təmizləməyə çalışırlar. Lakin bu, problemi həll etmir, əksinə riskləri daha da artırır. Peşəkar şəkildə aparılmayan təmizləmə zamanı baca zədələnə bilər və nəticədə qaz sızması baş verər. Bu cür işlər mütləq ixtisaslaşmış qurumlar tərəfindən icra edilməlidir". 
 
Mütəxəssis dəm qazı zəhərlənmələrini minimuma endirmək üçün dəm qazı detektorlarından istifadə edilməsinin vacib olduğunu da dedi:

“Dəm qazı detektorları kiçik ölçülü, sadə və batareya ilə işləyən cihazlardır. Qiyməti yüksək olmasa da, həyati əhəmiyyət daşıyır. Qazın ev daxilində toplanmağa başlaması zamanı cihaz səs siqnalı verir və bu da insanlara təhlükəni vaxtında dərk edib tədbir görməyə imkan yaradır. Bir çox Avropa ölkəsində bu detektorların quraşdırılması məcburidir. Böyük Britaniya, Almaniya və Skandinaviya ölkələrində qaz avadanlığı quraşdırılan hər bir mənzildə mütləq detektor da yerləşdirilir. Bu, qanunvericiliklə tənzimlənən tələbdir və illərin acı təcrübəsi nəticəsində qəbul olunub. Həmin qaydalar minlərlə insanın həyatını xilas edib. Təəssüf ki, ölkəmizdə bu təcrübə hələ geniş yayılmayıb. Halbuki, hər bir evdə dəm qazı detektoru olsa, baş verən faciələrin böyük əksəriyyətinin qarşısını almaq mümkün olar. Hər il ölkəmizdə qeydə alınan dəm qazı zəhərlənmələrinin qarşısını almaq realdır. Bunun üçün məsuliyyətli davranmalı, tüstü bacalarının təmizliyinə və təhlükəsizlik tədbirlərinin vaxtında, fasiləsiz icrasına xüsusi diqqət yetirməliyik”.//sfera.az
скачать dle 11.3
Mojo.az Banner