Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:51 Küləkli hava ilə bağlı xəbərdarlıq verildi | 16:42 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - Foto | 16:25 Kriştiano Ronaldo 38-ci penalti uğursuzluğunu yaşadı | 16:14 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var - Video | 16:05 Paşinyan: "Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik" | 15:45 Sabirabadda qaçırılan 15 yaşlı qız tapıldı | 15:31 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib | 15:11 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib | 15:08 Bu gün Tahir Abdullayevin döyüşü var | 15:07 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü | 15:06 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" | 14:51 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu | 14:43 Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb | 14:39 Xalq rəssamının ailəsində faciə: Oğlu mənzilində ölü tapıldı | 14:38 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto | 14:32 Braziliyada dağıdıcı qasırğa: 3 nəfər ölüb, minlərlə ev zərər görüb - Video | 14:26 Gəncədə evdə yanğın: İki nəfər zəhərləndi | 14:21 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi | 14:19 Saatlıda avtomobil yanıb kül oldu - Anbaan video | 14:08 Masallıda ustanı işlədiyi evdə elektrik cərəyanı vurdu: Yolda öldü |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda veloyürüş keçiriləcək

20.09.2024 18:40 1 812
Bakıda veloyürüş keçiriləcək
Sentyabr ayının 22-də Ümumdünya Avtomobilsiz Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti, Dənizkənarı Milli Park və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə veloyürüş təşkil olunacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 15 km məsafəni əhatə edən veloyürüş Dəniz Mall ticarət mərkəzi-Bakı Su İdman Sarayı-Dəniz Mall ticarət mərkəzi marşrutu üzrə keçiriləcək.

Qeyd edək ki, dünya əhalisinin diqqətini alternativ nəqliyyata yönəltmək, ictimai nəqliyyatdan istifadəni artırmaq, istilik effekti yaradan qazların azaldılmasına töhfə vermək məqsədilə sentyabr ayının 22-də "Ümumdünya avtomobilsiz günü" keçirilir.

Son xəbərlər