Mojo.az Banner
21:17 Ən güclü “Android” telefonları BUNLARDIR  |     21:10 Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?  |     21:02 Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR  |     20:54 Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO  |     20:47 Ötən ay Azərbaycan sərhədini pozmağa cəhd edən 11 əcnəbi saxlanılıb  |     20:42 Səhiyyə Nazirliyindən yeni qərar: 3 dərman siyahıya salındı  |     20:34 Makronun ögey qızı özündən 20 yaş kiçik tələbə ilə sevgili oldu  |     20:29 Ədliyyə İdarəsi Qusarda bələdiyyə sədrini cərimələdi  |     20:21 Atdığı daşa görə 1 aylıq həbs edildi  |     20:13 Aygünlə Namiqdən yeni duet və klip: Nə vaxt təqdim olunacaq?  |     20:08 Azərbaycanda bu şəxslər dövlətdən pulsuz mənzil ala bilər  |     20:00 Sakinlər təşvişdə: Binanın döşəmə və tavanı hər an uça bilər (VİDEO)  |     19:55 Diş məcunu və süngər: Yapon manikürünü evdə necə etmək olar?  |     19:49 Azərbaycanda bu şəxslərə qısaldılmış iş vaxtı şamil olunur  |     19:40 Messinin 10 nömrəli formasını o geyinəcək  |     19:35 Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib  |     19:28 Azərbaycanda vəkil cərimələndi  |     19:23 Meteor yağışı olacaq  |     19:17 Qəbələdə 29 yaşlı qadın hovuzda boğuldu  |     19:09 Sabah 32 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

Leyla Əliyeva Beynəlxalq Qadınlar Günü ilə bağlı veloyürüşdə iştirak edib

08.03.2025 17:44 798
Leyla Əliyeva Beynəlxalq Qadınlar Günü ilə bağlı veloyürüşdə iştirak edib
Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşkilatçılığı ilə "İdman həftəsi" çərçivəsində martın 8-də Bakıda xanımların veloyürüşü keçirilib.



Müxtəlif sahələrdə çalışan xanımların iştirakı ilə baş tutan veloyürüş Dənizkənarı Bulvar ərazisində təşkil olunub.

 

Veloyürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev iştirak ediblər.



Veloyürüşün təşkilində əsas məqsəd həvəskar xanım velosipedçilərin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək olmaq, ekoloji nəqliyyat vasitəsi olan velosipedi təbliğ etmək və qadınları velosipeddən istifadəyə həvəsləndirməkdir. Veloyürüş zamanı xanımlar Azneft dairəsi - Dəniz Vağzalı marşrutu üzrə hərəkət ediblər.



 ///APA
скачать dle 11.3
Mojo.az Banner