Median.Az xəbər verir ki, fevralın 5-də Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini Ə.Qasımova məxsus “Volkswagen" markalı avtomobilin qaçırılması barədə Binəqədi RPİ 7-ci polis bölməsinə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran Tovuz rayon sakini F.Quluzadə rayon ərazisində avtomobillə birgə saxlanılıb.
Bundan başqa, Binəqədi RPİ 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 15-də M.Bəkirovun “VAZ-2107” markalı avtomobilini qaçıran Mingəçevir şəhər sakini olan bir yeniyetmə saxlanılıb. Araşdırma zamanı onun, rayon ərazisində 2 evdən pul və mobil telefon oğurlaması da məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanılıb.