Bakıda betonqarışdıran maşın xəndəyə düşdü, sürücü öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:16 İki qurumdan hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ  |     18:11 Ukraynadakı münaqişənin həll edilməsi ilə bağlı ÜÇMƏRHƏLƏLİ TƏKLİF  |     18:04 Bakıda 17 milyon manata satılan villa kimindir? (VİDEO)  |     17:50 Azərbaycan siqareti ən çox bu ölkələrə satır (SİYAHI)  |     17:25 İngiltərəli hakim HƏBS EDİLDİ - Təcavüzdə ittiham edilir  |     17:18 İran prezidenti Tehranda Əli Əsədovu qəbul edib  |     17:00 Azərbaycanlı iş adamı Polşada müəmmalı şəkildə YOXA ÇIXDI - Şərikli biznes qurubmuş  |     16:44 Bakı-Tbilisi qatar reysi BƏRPA EDİLİR - Tarix də müzakirə olundu  |     16:41 DTX-dən ƏMƏLİYYAT: MİDA-nın adından istifadə edənlər ifşa olundular  |     16:37 Qar yağacaq, güclü külək əsəcək, temperatur 7-10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:23 Həbsdəki general Nizami Məmmədovdan XƏBƏR VAR: Vəsatəti təmin olunmadı  |     16:22 Ölkədəki işsizlərin sayı açıqlandı  |     16:15 "Neftçi"nin maliyyə direktoru vəzifəsindən ayrıldı  |     14:52 Mirsaleh Seyidov rəisi İŞDƏN ÇIXARDI - Yeni təyinat  |     14:51 Hansı hallarda “müvəqqəti aliment” almaq olar?  |     14:30 Bağlamaları ünvana çatdırmayan daşıma şirkətlərinə xəbərdarlıq edildi  |     14:15 Azərbaycanda ən çox əməkhaqqı bu sahədə verilir - MƏBLƏĞLƏR  |     14:14 Azərbaycana idxal edilən avtomobillərin yaş limiti azaldılacaq?  |     13:45 Azərbaycan elektrikli avtobusların istehsalına başlayır - Tarix açıqlandı (VİDEO)  |     13:38 “Nutella”nın yaradıcısı vəfat etdi  |    

Bakıda betonqarışdıran maşın xəndəyə düşdü, sürücü öldü

Bakıda tikinti işləri aparılan ərazidə ölüm hadisəsi baş verib.

Median.Az
trend-ə istinadən xəbər verir ki, bu barədə Nəsimi rayon prokurorluğundan bildirilib.

Rayon prokurorluğuna yük avtomobilinin qazıntı işləri davam etdirilən ərazidə xəndəyə düşərək ölməsi barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

Aparılan ilkin araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri, Binəqədi rayon sakini 1966-cı il təvəllüdlü Ə.Həşimov idarə etdiyi betonqarışdıran yük avtomobilinin beton gətirdiyi tikinti sahəsində 3,2 metr hündürlükdən xəndəyə aşması nəticəsində ölüb.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, istintaq hərəkətləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 478 02.02.19 15:08