Azərbaycanda qatar avtomobillə toqquşdu: Ölənlərin adları bilindi - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:11 Ukraynadakı münaqişənin həll edilməsi ilə bağlı ÜÇMƏRHƏLƏLİ TƏKLİF  |     18:04 Bakıda 17 milyon manata satılan villa kimindir? (VİDEO)  |     17:50 Azərbaycan siqareti ən çox bu ölkələrə satır (SİYAHI)  |     17:25 İngiltərəli hakim HƏBS EDİLDİ - Təcavüzdə ittiham edilir  |     17:18 İran prezidenti Tehranda Əli Əsədovu qəbul edib  |     17:00 Azərbaycanlı iş adamı Polşada müəmmalı şəkildə YOXA ÇIXDI - Şərikli biznes qurubmuş  |     16:44 Bakı-Tbilisi qatar reysi BƏRPA EDİLİR - Tarix də müzakirə olundu  |     16:41 DTX-dən ƏMƏLİYYAT: MİDA-nın adından istifadə edənlər ifşa olundular  |     16:37 Qar yağacaq, güclü külək əsəcək, temperatur 7-10 dərəcə enəcək - XƏBƏRDARLIQ  |     16:23 Həbsdəki general Nizami Məmmədovdan XƏBƏR VAR: Vəsatəti təmin olunmadı  |     16:22 Ölkədəki işsizlərin sayı açıqlandı  |     16:15 "Neftçi"nin maliyyə direktoru vəzifəsindən ayrıldı  |     14:52 Mirsaleh Seyidov rəisi İŞDƏN ÇIXARDI - Yeni təyinat  |     14:51 Hansı hallarda “müvəqqəti aliment” almaq olar?  |     14:30 Bağlamaları ünvana çatdırmayan daşıma şirkətlərinə xəbərdarlıq edildi  |     14:15 Azərbaycanda ən çox əməkhaqqı bu sahədə verilir - MƏBLƏĞLƏR  |     14:14 Azərbaycana idxal edilən avtomobillərin yaş limiti azaldılacaq?  |     13:45 Azərbaycan elektrikli avtobusların istehsalına başlayır - Tarix açıqlandı (VİDEO)  |     13:38 “Nutella”nın yaradıcısı vəfat etdi  |     13:38 "Bitcoin" və altkoinlərdə ucuzlaşma davam edir - QİYMƏTLƏR  |    

Azərbaycanda qatar avtomobillə toqquşdu: Ölənlərin adları bilindi - YENİLƏNİB

Saatlıda qatar və avtomobilin toqquşması nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

Qəza zamanı ölən şəxlər Sabirabad rayonundan olan – sürücü, Kovlar kənd sakini, 1962-ci il təvəllüdlü Abbasov Cəbrayıl Həmid oğlu, sərnişin, Qəzli kənd sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Gülbala oğludur.

Fakt araşdırılır.

* * * * *

“Azərbaycan Dəmir Yolları” QSC Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, hadisə saat 09:40 radələrində baş verib.

Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı, “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.

Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub.

Nəticədə, avtomobilin sürücüsü hadisə yerində ölüb. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanunu”nun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır.

* * * * *

Saatlıda baş verən qəzada yaralanan şəxs ölüb.


Qatarla avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, digəri yaralanıb.

Vəziyyəti ağır olan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

* * * * *

Saatlıda qatar avtomobillə toqquşub.


Hadisə bu gün səhər saatlarında rayonunun Hacıqasımlı kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, qatar “VAZ 2106” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində sabirabadlı olduğu bildirilən bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Ölən və yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

* * * * *

Saatlının Hacıqasımlı kəndində qatar minik avtomobili ilə toqquşub.


APA-nın yerli bürosunun xəbərinə görə, bir nəfər hadisə yerində ölüb, bir nəfər yaralanıb.

/oxu.az/
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 276 04.12.19 12:19