Median.Az xəbər verir ki, noyabrın 25-i gecə saat 1 radələrində Ələt qəsəbəsi ərazisində, Tovuz rayon sakini Rövşən Cabbarov idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.
Nəticədə sürücü və sərnişini Əminə Zeynalova hadisə yerində ölüblər.
Qaradağ RPİ-də araşdırma aparılır.