Şimali və Cənubi Koreya razılığa gəldilər – YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:53 Sosial şəbəkədə dələduzluq edən şəxs saxlanılıb  |     13:52 Müğənnilərə avtomobil satan TANINMIŞ İŞ ADAMI barəsində cinayət işi açıldı (FOTO)  |     13:43 Lisenziyasız fəaliyyət göstərən stomatoloq CƏRİMƏLƏNDİ  |     13:41 Ağdamda azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi - FOTO  |     13:39 Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib  |     13:38 Azərbaycan nefti bahalaşıb  |     13:38 Elnur Şükürov azadlığa çıxdı  |     13:37 Kamçatkada güclü zəlzələ: Sunami təhlükəsi elan edilib  |     13:36 Kəlbəcərdə sərxoş çoban yıxıldı, oğlu fermerlərə silahla hücum etdi  |     13:34 Çində yeni "iPhone"un satışı qadağan edildi  |     13:29 Məcburi köçkünləri təhqir edən aparıcıya görə "Space TV" CƏZALANDIRILDI (FOTO)  |     13:26 15 yaşlı qızı 35 yaşlı kişiyə ərə vermək istədilər - Polis işə qarışdı  |     13:13 Xalq artisti Hacı Murad Yagizarov VƏFAT ETDİ (FOTO)  |     23:01 Alyaskada buzlaqlar əridi, yeni bir ada üzə çıxdı  |     22:56 Öldürülən motosikletçinin valideynləri azərbaycanlı ailədən 100 milyon rubl istəyir  |     22:50 Atlantik okeanının altında nəhəng içməli su mənbəyi tapıldı  |     22:42 Almaniyada azərbaycanlı saxlanıldı: İnsan qaçaqçılığında ittiham olunur  |     22:37 BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq  |     22:29 "Zəngəzur" mahnısı təqdim edildi (VİDEO)  |     22:24 İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş  |    

Şimali və Cənubi Koreya razılığa gəldilər – YENİLƏNİB

Koreya yarımadasında sərhədyanı məntəqədə cənub və şimal qonşuları arasında aparılan danışıqlar müsbət nəticə verib.

Oxu.az xəbər verir ki, bu barədə “Washington Post” Cənubi Koreya rəsmilərinə istinadən məlumat yayıb.

Rəsmi Seul bildirib ki, Şimali Koreya gələn ay Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına öz atletlərini göndərməyə razılaşıb.

Cənubi Koreya milli birləşmə məsələləri üzrə nazirinin müavini Çun Hayın sözlərinə görə, razılaşmaya əsasən, Pxenyanın göndərəcəyi nümayəndə heyətində atletlər, tərəfdarlar, jurnalistlərlə yanaşı (dövlət), rəsmiləri də yer alacaq.

Çun bildirib ki, Cənubi Koreya hər iki qonşunun Olimpiya Oyunlarının açılış və bağlanış mərasimində birgə yürüş keçirməyi təklif edib.

Seul danışıqlarda müharibədən sonra bir-birindən ayrı düşən ailə üzvlərinin qovuşması ilə bağlı danışıqların davam etdirilməsi məsələsini önə çəkib, təmas xəttində sabitliyin qorunması ilə bağlı danışıqları davam etdirməyi təklif edib. Danışıqların təfərrüatları barədə hələlik məlumat verilmir.

* * * *

Pxanmundjom sərhədyanı məntəqəsində Şimali və Cənubi Koreyadan olan nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Oxu.az bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, hər iki ölkənin nümayəndə heyətləri arasında görüş yerli vaxtla 10:00 radələrində start götürüb.

Cənubi Koreya nümayəndə heyətinə milli birləşmə məsələləri üzrə nazir Ço Myon Qün, KXDR-dən isə vətənin sülh yolu ilə birləşməsi üzrə dövlət komitəsinin sədri Li Son Qvon başçılıq edir.

Bundan əvvəl verilən məlumata görə, diplomatlar görüşdə Şimali koreyalı idmançıların Pxençan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında potensial iştirakı məsələsini müzakirə edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 238 09.01.18 11:44