Mojo.az — elanlar
RU
Son Xəbərlər
11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |    
Mojo.az Avto
Mojo.az Avto

Kəlbəcərdə sərxoş çoban yıxıldı, oğlu fermerlərə silahla hücum etdi

13.09.2025 13:36 891
Kəlbəcərdə sərxoş çoban yıxıldı, oğlu fermerlərə silahla hücum etdi
Kəlbəcərdə çoban arıçı sahibkarlara silahla hücum edib.

Hadisə Kəlbəcər rayonunun Qazıxanlı kəndi ərazisində yerləşən meşəlik sahədə baş verib.

Orada fərdi təsərrüfatda çoban işləyən Mehman Səlimov yaşadığı çadırda həddindən artıq spirtli içki qəbul edəndən sonra çomaqla ərazidə arıçılıqla məşğul olan fermerlərə hücum edib. O, təsərrüfat sahiblərini təhqir edərək, onlara tərəf gedərkən arxda yıxılıb və sifət nahiyəsindən xəsarətlər alıb.

Mehman həmin vəziyyətdə çadıra qayıdarkən onunla birlikdə çoban işləyən oğlu Tural Səlimov bunu görüb və atasının fermerlər tərəfindən döyüldüyünü zənn edib. O, çadırdan ov tüfəngini götürərək atəşə hazır vəziyyətdə fermerlərin üstünə hücum edib. Tural silahı fermerlərdən birinə tuşlayaraq atəş açmaq istəyərkən ərazidə olan fermer qadınlardan biri ona yaxınlaşaraq, onun atasını heç kimin döymədiyini, atasının sərxoş vəziyyətdə yıxıldığını bildirib.

Tural atəş açmaq fikrindən yayınıb və həmin qadınla birlikdə atasının olduğu çadıra gəlib. Məlum olub ki, atasını həqiqətən də heç kim vurmayıb və o özü yıxılıb. Bundan sonra Tural qadından üzr istəyərək onu yola salıb.

Hadisə nəticəsində Turalın tüfənglə nişan aldığı şəxs qorxudan epilepsiya keçirib və huşunu itirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanılıb.

Kəlbəcər Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq elan olunub və zərərçəkmişin razılığı ilə təqsirləndirilən şəxs məsuliyyətdən azad edilib.
//oxu.az

Son xəbərlər