Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır | 19:48 İspaniyaya üzən qayıqda 7 miqrant ölüb | 19:28 Paytaxtda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 19:14 17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - FOTO | 19:00 Gömrükdə işə düzəltmək vədi ilə 10 min manat aldı - Amnistiya ilə həbsdən azad edildi | 18:55 Oktyabrda 80 aptekdə yoxlama keçirilib | 18:49 Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir | 18:40 "Şəki Yaylası"nda faciəyə görə iki nəfər həbs olundu | 18:30 Bakıda Yeni il yarmarkaları təşkil olunacaq? | 18:16 Hesabı ödəməmək üçün burgerin içinə qızının saçını qoydu - Video | 18:08 Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI | 17:56 Mənzildə istilik borusuna müdaxilə edənlər nə qədər cərimələnə bilər? | 17:50 Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq | 17:36 İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı | 17:21 Son iki ildə dünyada 189 jurnalist öldürülüb | 17:17 İrandan Azərbaycana 136 kq narkotikin keçirilməsinin qarşısı alındı |
Mojo.az Avto
Mojo.az Avto

Kamçatkada güclü zəlzələ: Sunami təhlükəsi elan edilib

13.09.2025 13:37 987
Kamçatkada güclü zəlzələ: Sunami təhlükəsi elan edilib
Rusiyanın Kamçatka diyarında 6.3 bal gücündə zəlzələ baş verib, bölgədə sunami təhlükəsi elan edilib.

Bu barədə Kamçatka diyarının qubernatoru Vladimir Solodov öz "Telegram" kanalında məlumat verib.

V.Solodov insanları çimərliyə və sunami təhlükəsi olan digər ərazilərə səfər edərkən xüsusilə diqqətli olmağa çağırıb.

Xatırladaq ki, iyulun 30-da Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Bunun 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələ olduğu deyilib. Sunami təhlükəsi elan edilib, dörd metrə qədər hündürlükdə dalğalar qeydə alınıb. Bu hadisədən sonra bölgədə yüzlərlə afterşok, vulkan aktivliyi qeydə alınıb.

"Telegram" kanallarında isə Kamçatkada güclü zəlzələ zamanı çəkilmiş kadrlar yayılıb. Belə ki, tədqiqat mərkəzlərindən birinin mütəxəssisləri helikopterlə Vilyuçinsk vulkanının olduğu əraziyə enərkən zəlzələni anbaan qeydə alıblar.

Digər kadrlarda isə Kamçatka ərazisində olan teleqüllələrdən birinin silkələndiyi əks olunub.

Son xəbərlər