Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Petropavlovsk-Kamçatskda 7,5 maqnitudaya qədər afterşok XƏBƏRDARLIĞI

30.07.2025 16:41 885
Petropavlovsk-Kamçatskda 7,5 maqnitudaya qədər afterşok XƏBƏRDARLIĞI
Kamçatkada bu gün baş verən güclü zəlzələdən sonra vəziyyət gərgin olaraq qalır. Alimlər yaxın günlərdə 7.5 maqnitudaya qədər afterşokların baş verə biləcəyini və Avaçinski körfəzi yaxınlığında sunami təhlükəsinin davam etdiyini bildirirlər.

Median.Az
TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Kamçatka diyarı üzrə Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, baş vermiş güclü zəlzələ ilə bağlı Rusiya Zəlzələlərin Proqnozlaşdırılması, Seysmik Təhlükə və Riskin Qiymətləndirilməsi üzrə Ekspert Şurasının növbədənkənar iclası keçirilib.

"Alimlərin rəyinə əsasən, yaxın vaxtlarda Petropavlovsk-Kamçatski şəhər dairəsində intensivliyi 6 bala çatan, maqnitudası isə 7.5-ə qədər olan afterşoklar baş verə bilər. Bununla yanaşı, Avaçinski körfəzi sahillərində təhlükəli sunami dalğalarının yaranması ehtimal olunur", - deyə məlumatda bildirilib.

Fövqəladə Hallar Nazirliyi vətəndaşlara Avaçinski körfəzi və Sakit okean akvatoriyasına yaxın ərazilərdən uzaq durmağı tövsiyə edir.

Xatırladaq ki, iyulun 30-da yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 3:24) Sakit okeanda Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Bu, 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələdir. Sunami təhlükəsi elan edilib, dörd metrə qədər hündürlükdə dalğalar qeydə alınıb. Yaralananlar var, bir nəfər həlak olub.

Çili, Meksika, Çinin şərq sahillərində, Tayvanda, Ekvador və Solomon adalarında, həmçinin ABŞ-nin Havay, Kaliforniya və Oreqon ştatlarında sunami təhlükəsi elan edilib.скачать dle 11.3

Son xəbərlər