Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu şəxslər pensiya ala bilməyəcək

12.09.2025 15:50 633
Azərbaycanda bu şəxslər pensiya ala bilməyəcək
Azərbaycanda pensiya almaq üçün müəyyən şərtlər var. Bu tələbləri yerinə yetirməyən şəxslər pensiya hüququ qazana bilmir.

Mövzu ilə bağlı DSMF-in pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov İTV-yə bildirib ki, əmək stajı, yaş həddi və sosial sığorta ödənişləri əsas meyarlardandır:

"Pensiya kapitalı üçün minumum hədd olmayan hallar da var. Məsələn hərbi xidmətdə əlil olan şəxslər kapital məbləğindən asılı olmayaraq pensiya hüququ əldə edə bilər. 1 ay işləsə də, ona qanunvericiliyə əsasən, pensiya təyinatı aparılır. Kapital yalnız pensiya məbləğinin hesablanmasında rol oynayır. Əmək pensiyasının təyin olunması üçün isə vətəndaşın gərək əmək fəaliyyəti olmalıdır. Əmək pensiyasının təyin olunması üçün 25 il iş stajı olmalıdır".

Onun sözlərinə görə, qanunvericilikdə 25 il tələbi var. 2006-ci ilə qədər sistemdə elektron olmadığı üçün onlara 25 il hədiyyə edilir, lakin 2006-ci ildən sonra isə faktiki götürülür. Bu il 65 yaşında çıxanlara 25 il hədiyyə edilir, növbəti il 24 il nəzərdə tutulur. Çünki, əmək qabiliyyəti azaldılaraq gəlir.

O qeyd edib ki, istər sahibkar olsun, istər işçi o, əgər sığorta haqqı ödəyibsə, pensiyaya çıxa bilər.

Son xəbərlər