Alimlər potensial təhlükəni aşkar etdilər: Şimali Amerikada yeni henipavirus tapıldı » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:19 Ağcabədi rayonunda qumbaranın partlaması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ  |     15:11 Bakıda məktəbli qız faciəli şəkildə öldü  |     15:08 İran ABŞ administrasiyası ilə birbaşa danışıqlara gedə bilərmi? XİN rəhbəri şərtləri AÇIQLADI  |     15:03 Bu gün Premyer Liqada XXI turun daha iki oyunu keçiriləcək  |     14:55 İmişlidə yol-nəqliyyat hadisəsi: Xəsarət alan şəxs Bakıya gətirildi  |     14:48 "Word" faydalı funksiyasını itirdi  |     14:41 Sensasion açıqlama: Səkkizinci qitə aşkar edilib  |     14:39 "ChatGPTnin yeni versiyası təqdim olunub  |     14:36 "Meta"nın xidməti məktubunun məzmunu mətbuata sızdı  |     14:35 Neymar doğma klubuna qayıtdı  |     14:35 Konor Makqreqor Həbib Nurməhəmmədovu döyüşə çağırdı  |     14:34 Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 50-yə yaxın saxlanan var  |     14:32 Günəşdə partlayışlar baş verib  |     14:29 Aktyor Kənan Yusifovun TOYU OLDU - FOTO  |     14:27 Onlayn kredit almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO  |     14:24 Hökməlidə üçmərtəbəli obyektdə yanğın olub - VİDEO  |     14:10 Yol polisindən sürücülərə hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     13:58 Paytaxtın əsas prospektlərindən birində nəqliyyatın hərəkətinə yenidən məhdudiyyət qoyulub  |     13:46 Saçları hər gün yumaq niyə zərərlidir? Ekspertdən açıqlama  |     13:41 Bakıda məktəbli qız faciəli şəkildə öldü  |    

Alimlər potensial təhlükəni aşkar etdilər: Şimali Amerikada yeni henipavirus tapıldı

Kvinslend Universitetinin alimləri Alabama ştatında yereşənlərdə yeni növ henipavirus aşkar ediblər.

Bu barədə alimlərin "Emerging Infectious Diseases" jurnalında dərc olunan məqaləsində qeyd olunur.

Virus Kemp-Hill adlandırılıb.

"Alabamada tutulmuş dörd şimal qısaquyruq yereşəninin toxuma RNT analizinin nəticələri yeni henipavirusun olduğunu göstərib. Bu, Şimali Amerikada henipavirus infeksiyalarının mövcudluğunu göstərir. Bunu müəyyən etmək son dərəcə vacibdir, çünki belə virusların əvvəllər düşünüldüyündən daha geniş yayıldığı qənaətinə gəlmək olar", - deyə elm adamları bildiriblər.

Alimlər vurğulayıblar ki, virusun heyvanlardan insana keçə bilib-bilməməsini başa düşmək üçün əlavə tədqiqatlar lazımdır. Tədqiqatçılar onu Çində aşkar edilmiş Lanye virusuna bənzədiblər.

Qeyd olunur ki, henipavirus tərəfindən törədilən xəstəlik həm simptomsuz formada, həm də ölümlə nəticələnən ağır respirator infeksiya şəklində gedə bilər. Hesab olunur ki, bu iki virusun təbiətdəki təbii mənbəsi yarasalardır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 01.02.25 13:23