HƏMAS və İsrail mübadilə mexanizmini razılaşdırdı (YENİLƏNİB) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:55 Bakıda avtomobil mağazaya çırpılıb, satıcılar ağır xəsarət alıb  |     22:40 Abşeronda dəhşətli qəza: Ata və iki oğlunu maşın vurdu  |     22:29 DİN İmişlidəki qəzadan daha bir video yaydı (VİDEO)  |     22:20 "Azersun Holdinq"in rəhbəri Abdolbari Gozal VƏFAT ETDİ  |     22:10 Hökumə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ - FOTO  |     21:49 ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar  |     21:36 Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata danışdı  |     21:26 Meymunçiçəyi Azərbaycanda: Kimlər təhlükədədir...  |     21:21 133 yaşlı tarixi məktəbin son halı - Burada kimlər təhsil alıblar? (VİDEO)  |     21:03 Husilər İsrailin Müdafiə Nazirliyinin binasını vurdular  |     20:48 Abşeronda qəza - ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət aldı  |     19:54 İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb  |     19:48 İlon Mask Los-Anceles merini istefaya çağırıb  |     19:35 İsraildə bıçaqlı hücum nəticəsində bir neçə nəfər yaralanıb  |     19:22 80 minlik kiberdələduzluğa məruz qalan Milli Qəhrəman Hökumə Əliyevanın atası hadisənin təfərrüatlarını açıqlayıb  |     19:16 Ərdoğandan növbəti xəbərdarlıq: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik  |     19:11 Gürcüstanın XİN başçısı: Azərbaycan bizim üçün vacib tərəfdaşdır  |     19:02 Azərbaycanda bir ailənin aylıq xərci 2600 manatı ötüb - MÜQAYİSƏ  |     18:54 İMİŞLİDƏ DƏHŞƏT - Polis əməkdaşının törətdiyi qəzada öz qardaşı uşaqları öldü  |     18:44 Bu rayonlara qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB  |    

HƏMAS və İsrail mübadilə mexanizmini razılaşdırdı (YENİLƏNİB)

İsraillə razılaşma çərçivəsində azad ediləcək fələstinli məhbusların siyahısı mübadiləyə bir gün qalmış dərc ediləcək.

Bu barədə HƏMAS-ın "Telegram" kanalında bəyan edilib.

Bildirilib ki, girovların azad edilməsi mexanizmi İsrailin azad edəcəyi məhbusların sayından asılıdır.

"Siyahılar razılaşdırılmış mexanizm çərçivəsində hər mübadilə günündən əvvəl dərc ediləcək", - deyə bəyanatda qeyd olunub.

* * * * *

İsrail Ədliyyə Nazirliyi atəşkəs sazişinin birinci mərhələsində azad edilməsi planlaşdırılan fələstinli məhbusların yeni siyahısını dərc edib.


Bu barədə "The Times of Israel" nəşri məlumat verib.

Bildirilir ki, İsrail hökumətinin atəşkəs sazişini təsdiqləməsindən sonra dərc edilən yeni siyahıya terrorizm və qətldə təqsirli bilinən 700-dən çox fələstinli məhbusun adı daxil edilib. Siyahıda HƏMAS və "İslami Cihad" radikal təşkilatlarının üzvləri, həmçinin İordan çayının Qərb sahilində əsas rol oynayan Fələstinin FƏTH siyasi təşkilatının üzvləri də yer alıblar.

Nazirliyin bəyanatında qeyd olunur ki, Qəzza sazişi çərçivəsində azad edilməsi planlaşdırılan məhbusların birinci qrupu bazar günü, yanvarın 19-da yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 18:00) azadlığa buraxılacaq.

Əvvəllər məlumat verilmişdi ki, İsrail hakimiyyəti Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların azad edilməsi üzrə sazişin birinci mərhələsində yalnız 95 fələstinli məhbusu azad etməyi planlaşdırır.

Qeyd edək ki, dünən gecə İsrail hökuməti Qəzza zolağında Fələstin HƏMAS qrupu ilə atəşkəs sazişini təsdiqləyib. Qərar səs çoxluğu ilə qəbul edilib: 24 səsə qarşı səkkiz səs.

Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail ABŞ-nin seçilmiş prezidenti Donald Trampdan saziş pozulduğu təqdirdə döyüş əməliyyatlarına qayıtmaq hüququ ilə bağlı zəmanətlər alıb. Onun sözlərinə görə, Tramp vəzifəyə başladıqdan sonra İsrailə əvvəllər dayandırılmış bəzi silahların tədarükünün davam etdirilməsinə qərar verib.

Atəşkəs yanvarın 19-dan qüvvəyə minəcək, proses qrupun ələ keçirdiyi İsrail girovlarının fələstinli məhbuslarla mübadiləsini nəzərdə tutur.

42 gün davam edəcək birinci mərhələdə girovların azad edilməsi planlaşdırılıb. İsrail ordusu sıx məskunlaşmış ərazilərdən çıxarılacaq və fələstinlilər öz evlərinə qayıda biləcəklər. İsrail Silahlı Qüvvələri Qəzza zolağı ilə Misir arasındakı sərhəd boyunca və Fələstin eksklavı ilə İsrail arasındakı bufer zonasında mövcudluğunu qoruyub-saxlayacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            159 18.01.25 16:03