80 minlik kiberdələduzluğa məruz qalan Milli Qəhrəman Hökumə Əliyevanın atası hadisənin təfərrüatlarını açıqlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Cənubi Koreya prezidenti həbsdə qaldı  |     22:55 Bakıda avtomobil mağazaya çırpılıb, satıcılar ağır xəsarət alıb  |     22:40 Abşeronda dəhşətli qəza: Ata və iki oğlunu maşın vurdu  |     22:29 DİN İmişlidəki qəzadan daha bir video yaydı (VİDEO)  |     22:20 "Azersun Holdinq"in rəhbəri Abdolbari Gozal VƏFAT ETDİ  |     22:10 Hökumə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ - FOTO  |     21:49 ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar  |     21:36 Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata danışdı  |     21:26 Meymunçiçəyi Azərbaycanda: Kimlər təhlükədədir...  |     21:21 133 yaşlı tarixi məktəbin son halı - Burada kimlər təhsil alıblar? (VİDEO)  |     21:03 Husilər İsrailin Müdafiə Nazirliyinin binasını vurdular  |     20:48 Abşeronda qəza - ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət aldı  |     19:54 İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb  |     19:48 İlon Mask Los-Anceles merini istefaya çağırıb  |     19:35 İsraildə bıçaqlı hücum nəticəsində bir neçə nəfər yaralanıb  |     19:22 80 minlik kiberdələduzluğa məruz qalan Milli Qəhrəman Hökumə Əliyevanın atası hadisənin təfərrüatlarını açıqlayıb  |     19:16 Ərdoğandan növbəti xəbərdarlıq: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik  |     19:11 Gürcüstanın XİN başçısı: Azərbaycan bizim üçün vacib tərəfdaşdır  |     19:02 Azərbaycanda bir ailənin aylıq xərci 2600 manatı ötüb - MÜQAYİSƏ  |     18:54 İMİŞLİDƏ DƏHŞƏT - Polis əməkdaşının törətdiyi qəzada öz qardaşı uşaqları öldü  |    

80 minlik kiberdələduzluğa məruz qalan Milli Qəhrəman Hökumə Əliyevanın atası hadisənin təfərrüatlarını açıqlayıb

Aidiyyəti dövlət orqanları sağ olsunlar, bank kartımdan pulu oğurlayanları vaxtında müəyyən etdi.

Bu fikirləri apa-nın yerli bürosuna Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Əliyev deyib.

”Dünən Gəncə şəhərindən evimizə gəlirdim. Kəndə çatanda mənə zəng gəldi. Bildirdilər ki, "Kapital Bank"ın işçiləridir və dedilər ki, kartımın şifrəsini xakerlər görüblər, kartımdan pulumu oğurlamaq istəyirlər. Mənə kömək etmək istədiklərini dedilər. Bunun üçün isə kartda olan pulun başqa karta köçürmək lazım olduğunu qeyd etdilər. Mən də bunlara inanaraq vəsaiti digər karta köçürdüm. Necə elədilərsə, kartımdakı 100 993 manatdan 80 509 manatını mənimsədilər. Bundan sonra tez bir zamanda "Kapital Bank"a yaxınlaşdım, hadisəni olduğu kimi söylədim. Araşdırdılar ki, xakerlər pulu öz hesablarına köçürüblər. Eyni zamanda, DİN-in 102 xidmətinə zəng vurdum. Həmin dəqiqə Samux Rayon Polis İdarəsinin əməkdaşları gəldilər. Baş verən hadisəni araşdırdılar", - Cəlil Əliyev vurğulayıb.
O qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda cinayətkarı saxlayıb: "80 509 manatı geri qaytardı. Dövlətimiz sağ olsun, bir daha hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyev bank kartından 80 min manat oğurlandığını bildirib. DİN pul vəsaitini oğurlayan şəxslərin müəyyən edildiyini, zərərin ödənildiyini açıqlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            117 18.01.25 19:22