İmişli şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki uşaq həyatını itirib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Yol Polisi (DYP) avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib:
"Onlardan ikisi həyatını itirib, digər azyaşlılar və sürücü isə xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır".