Bu gün İranın paytaxtında, Tehran Ədalət Sarayında dəhşətli hadisə baş verib. Naməlum silahlı şəxs məhkəmə binasında olan üç hakimə atəş açıb.
Bu barədə "Iscanews" xəbər yayıb.
Bildirilir ki, hadisə yerinə toplaşan şahidlər hücumçunun məhz hakimləri hədəf aldığını deyiblər.
Nəticədə iki hakim həyatını itirib, digəri isə yaralanıb.
Hadisədən sonra hücum edən şəxs özünü öldürüb.
Hazırda hadisənin təfərrüatı araşdırılır. Məhkəmə binası polis tərəfindən mühasirəyə alınıb və ərazidə geniş təhlükəsizlik tədbirləri görülür.