Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlandı (RƏSMİ) » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:56 Gürcüstan-NATO təlimlərində Azərbaycan hərbçiləri də iştirak edəcəklər  |     16:31 İslam Mahaçevin erməni rəqibi döyüşdən çəkilib  |     16:03 HƏMAS və İsrail mübadilə mexanizmini razılaşdırdı (YENİLƏNİB)  |     15:49 Ukraynadan gətirilən ətlər niyə ucuz satılır? - VİDEO  |     15:10 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     14:47 İranda 10 gün komada qalan Azərbaycan vətəndaşı vəfat edib  |     14:35 İmişlidə DƏHŞƏTLİ QƏZA: DYP avtomobili iki uşağın ölümünə səbəb oldu  |     14:08 Meyvə-tərəvəz bazarında qiymətlər necədir? - VİDEO  |     14:04 Tehranda Ali Məhkəmənin üç hakimi güllələnib, ikisi ölüb  |     14:01 Azərbaycana meymunçiçəyi "gətirən" şəxslə eyni təyyarədə olanlar da yoxlanılacaqlar?  |     14:00 Hakan Fidan və Ceyhun Bayramov mətbuata birgə açıqlama verirlər - CANLI  |     13:58 İmişlidə dəhşətli qətl: Tələbə saxlanıldı  |     13:55 Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı DƏLƏDUZLUQ: Cinayət işi açıldı (YENİLƏNİB)  |     13:52 Metroda səs-küy salan şəxs həbs edildi  |     13:51 Yasamalda istehlaka yararsız ətin satışının QARŞISI ALINDI  |     13:42 Şəkidə fermada ölüm: Gənc özünü asdı  |     13:41 Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər həbs edildi  |     13:40 Gənc oğlan anasıyla yaşayan qızı şantaj etdi, minlərlə manat pulunu aldı  |     13:37 Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlandı (RƏSMİ)  |     13:31 Bir qrup sürücü işlədikləri şirkətdən maaşlarını ala bilmədikərini iddia edir - VİDEO  |    

Azərbaycanda meymunçiçəyi virusuna yoluxma faktı aşkarlandı (RƏSMİ)

22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər etmiş və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında deyilir.

Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.

Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır.

Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülmüş, onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar.

Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            237 18.01.25 13:37