Apa-nın İspaniya mediasına istinadən məlumatına görə, hadisə ölkənin Fransa ilə sərhədində Pireney dağ silsiləsində yerləşən Astun xizək kurortunda baş verib.
Dövlət telekanalı hadisə nəticəsində 80-ə yaxın insanın kanatda sıxışıb qaldığını bildirib.
Məlumata görə, qəza nəticəsində ən azı 30 nəfər yaralanıb. Onlardan 9-nun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisənin səbəbi hazırda məlum deyil.
İspaniyanın Baş naziri Pedro Sançes “qəza xəbərindən şoka düşdüyünü" deyib: "Yaralılara və onların ailələrinə bütün səbrimizi bildiririk".
İspaniya xizək