ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:09 Cənubi Koreya prezidenti həbsdə qaldı  |     22:55 Bakıda avtomobil mağazaya çırpılıb, satıcılar ağır xəsarət alıb  |     22:40 Abşeronda dəhşətli qəza: Ata və iki oğlunu maşın vurdu  |     22:29 DİN İmişlidəki qəzadan daha bir video yaydı (VİDEO)  |     22:20 "Azersun Holdinq"in rəhbəri Abdolbari Gozal VƏFAT ETDİ  |     22:10 Hökumə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs HƏBS EDİLDİ - FOTO  |     21:49 ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar  |     21:36 Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata danışdı  |     21:26 Meymunçiçəyi Azərbaycanda: Kimlər təhlükədədir...  |     21:21 133 yaşlı tarixi məktəbin son halı - Burada kimlər təhsil alıblar? (VİDEO)  |     21:03 Husilər İsrailin Müdafiə Nazirliyinin binasını vurdular  |     20:48 Abşeronda qəza - ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət aldı  |     19:54 İspaniyada kanatın qırılması nəticəsində 30 nəfər yaralanıb  |     19:48 İlon Mask Los-Anceles merini istefaya çağırıb  |     19:35 İsraildə bıçaqlı hücum nəticəsində bir neçə nəfər yaralanıb  |     19:22 80 minlik kiberdələduzluğa məruz qalan Milli Qəhrəman Hökumə Əliyevanın atası hadisənin təfərrüatlarını açıqlayıb  |     19:16 Ərdoğandan növbəti xəbərdarlıq: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik  |     19:11 Gürcüstanın XİN başçısı: Azərbaycan bizim üçün vacib tərəfdaşdır  |     19:02 Azərbaycanda bir ailənin aylıq xərci 2600 manatı ötüb - MÜQAYİSƏ  |     18:54 İMİŞLİDƏ DƏHŞƏT - Polis əməkdaşının törətdiyi qəzada öz qardaşı uşaqları öldü  |    

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri - Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Kohen (Steve Cohen) və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər.

"Report"in ABŞ bürosu xəbər verir ki, 20 Yanvar faciəsindən bəhs edən S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan Qara Yanvar hadisələrini andığını bildirib.

Konqres üzvü 20 Yanvar gecəsində minlərlə sovet hərbçisinin paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar, qadınlar da daxil olmaqla günahsız insanlara, dinc etirazçılara atəş açdığını, nəticədə 147 nəfərin həlak olduğunu, 800-ə yaxın insanın yaralandığını, yüzlərlə etirazçının həbsini, bir neçə nəfərinsə itkin düşdüyünü bildirib.

Bəyanatda həmçinin, "Human Rights Watch”ın "Azərbaycanda Qara Yanvar" adlı hesabatına istinad edilərək, Bakıya hücum zamanı insan haqlarının ən amansız şəkildə pozulması, tibb işçilərinə, təcili yardım maşınlarına və hətta xəstəxanalara çoxsaylı hücumların olduğu bildirilib. Konqresmen qurbanların ailələrinə başsağlığını ifadə edib.

Bununla yanaşı, bəyanatda ABŞ-nin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 1992-ci ilin 28 fevralında diplomatik əlaqələrin qurulduğu qeyd edilib. Eyni zamanda ABŞ və Azərbaycanın hələ də strateji müttəfiq olduğu, dünyada ortaq maraqları bölüşdükləri vurğulanıb.

S.Kohen İşçi Qrupun həmsədri kimi həmkarlarına Azərbaycan xalqının müstəqillik yolunda canlarını qurban verən vətəndaşlarını tanımağa və bir çox azərbaycanlıların həyatlarını qurban verdikləri demokratik dəyərlərə sadiq qalmağa dair çağırış edib.

20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü R.Aderholt da bəyanatında dost və tərəfdaş olan Azərbaycan Respublikasında Qara Yanvarın 35-ci ildönümünün anıldığını bildirib. Konqres üzvü həmin dövrün Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcını, XX əsrin çox hissəsində davam edən işğalı simvollaşdırdığını, zülm və dəhşət dövrü olduğunu, lakin kommunizmin şərindən qorxmayan Azərbaycan xalqının azadlığa can atdığını qeyd edib. 1990-cı ilin 19 yanvarında Azərbaycanın paytaxtı Bakıda SSRİ qoşunları tərəfindən 100-dən çox azərbaycanlı etirazçının öldürülməsi, yüzlərlə insanın yaralanmasını, zorakılıqların baş verdiyini, bunlara baxmayaraq, Azərbaycan xalqının 18 oktyabr 1991-ci ildə müstəqillik qazanana qədər dinc etirazlarını davam etdirdiyini vurğulayıb.

R.Aderholt bəyanatda həmkarlarından, Azərbaycanda Qara Yanvar hadisələrinin anılmasında və azadlıq uğrunda mübarizədə canlarından keçənlərin xatirəsinin ehtiramla yad edilməsində ona qoşulmalarını xahiş edib. Həmçinin, ABŞ-nin Azərbaycan xalqını və onun azad yaşamaq hüququnu dəstəkləməyə davam etdiyini vurğulayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            123 18.01.25 21:49