Avropa Ukraynaya 100 minə qədər hərbçi göndərə bilər - "Reuters" » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:55 Tom Kruza fəxri mükafat verildi  |     21:45 Azərbaycanda magistr tələbəsi vəfat etdi  |     21:32 Nazir direktorlara tapşırıqlar verdi  |     21:12 Emoməli Rəhmon Tacikistanın hakim partiyasının lideri seçildi  |     20:47 100 min suriyalı qaçqın vətəninə qayıdıb  |     20:28 Valideynlərin nəzərinə! - Qeydiyyat başladı  |     20:21 Avropa Komissiyası Ukraynaya 4 milyard avrodan çox tranş köçürüb  |     20:12 Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi  |     19:38 Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ  |     19:19 Avropa Ukraynaya 100 minə qədər hərbçi göndərə bilər - "Reuters"  |     19:14 "Qarabağ"da daha bir ciddi itki - 1 ay oynamayacaq  |     18:56 Xırdalanda müəllim direktoru məhkəməyə verdi  |     18:49 Azərbaycanın Əməkdar memarı vəfat edib  |     18:31 "Müəllimi bu həddə çatdırmaq olmaz" - Ekspert  |     18:21 Ziya Bünyadov prospektində QƏZA: Sıxlıq yarandı  |     17:42 Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı (VİDEO)  |     17:35 Azərbaycanda prokuror təqaüdə GÖNDƏRİLDİ  |     17:29 Ailələrin aylıq xərci 2500 manatı ÖTDÜ - RƏSMİ  |     17:20 Gəncədə 10-cu sinif şagirdi azyaşlını bıçaqladı  |     17:16 "Yüksəliş" müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrıldı (SƏRƏNCAM)  |    

Avropa Ukraynaya 100 minə qədər hərbçi göndərə bilər - "Reuters"

Avropa Ukraynaya sülhməramlı kimi göndəriləcək 100 minə yaxın hərbçidən istifadə edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə anonimlik şərti ilə bir ukraynalı məmur "Reuters" agentliyinə bildirib.

Mənbə deyib ki, beş-səkkiz ölkədən ibarət koalisiya tərəfindən yaradıla bilər.

Xəbər verildiyi kimi, analitiklər və rəsmilər bu cür qüvvələrin sayı ilə bağlı müxtəlif təxminlər verir və çox şeyin onların konkret missiyasından asılı olacağını vurğulayırlar. Təxminən 40 min avropalı hərbçinin göndərilməsinin məqsədəuyğun olacağı güman edilir.

Hazırda Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunda işləyən Avstriyalı hərbi ekspert Frans-Stefan Qadinin sözlərinə görə, bölmələrin yerləşdirilməyə hazırlaşdığı və yerləşdirildikdən sonra bərpa olunduğu rotasiya sxemləri üzrə missiyaya təxminən 100.000 hərbçi cəlb oluna bilər: "Bu, şübhəsiz ki, Avropanın quru qüvvələrini xeyli genişləndirəcək".

Bundan əlavə, o vurğulayıb ki, bu halda Avropa ölkələri digər missiyalarını azaltmalı olacaqlar. Xüsusilə, Balkanlarda sülhün qorunması missiyası azalacaq.

İtaliyanın müdafiə naziri Quydo Krozetto bildirib ki, sülhməramlılar BMT-nin himayəsi altında fəaliyyət göstərməlidir. Lakin digər rəsmilər bunun BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiyaya həddən artıq təsir edəcəyini deyirlər. Kütləvi informasiya vasitələri onu da yazır ki, Avropa ABŞ-ı bu əməliyyatda ən azı kəşfiyyat və digər əməliyyat yardımlarında iştirak etməyə inandırmalı olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            102 18.12.24 19:19