Xırdalanda müəllim direktoru məhkəməyə verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:45 Azərbaycanda magistr tələbəsi vəfat etdi  |     21:32 Nazir direktorlara tapşırıqlar verdi  |     21:12 Emoməli Rəhmon Tacikistanın hakim partiyasının lideri seçildi  |     20:47 100 min suriyalı qaçqın vətəninə qayıdıb  |     20:28 Valideynlərin nəzərinə! - Qeydiyyat başladı  |     20:21 Avropa Komissiyası Ukraynaya 4 milyard avrodan çox tranş köçürüb  |     20:12 Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi  |     19:38 Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ  |     19:19 Avropa Ukraynaya 100 minə qədər hərbçi göndərə bilər - "Reuters"  |     19:14 "Qarabağ"da daha bir ciddi itki - 1 ay oynamayacaq  |     18:56 Xırdalanda müəllim direktoru məhkəməyə verdi  |     18:49 Azərbaycanın Əməkdar memarı vəfat edib  |     18:31 "Müəllimi bu həddə çatdırmaq olmaz" - Ekspert  |     18:21 Ziya Bünyadov prospektində QƏZA: Sıxlıq yarandı  |     17:42 Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı (VİDEO)  |     17:35 Azərbaycanda prokuror təqaüdə GÖNDƏRİLDİ  |     17:29 Ailələrin aylıq xərci 2500 manatı ÖTDÜ - RƏSMİ  |     17:20 Gəncədə 10-cu sinif şagirdi azyaşlını bıçaqladı  |     17:16 "Yüksəliş" müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrıldı (SƏRƏNCAM)  |     17:11 Nazir köməkçisinin atası infarktdan öldü: Qızının faciəsinə tab gətirmədi  |    

Xırdalanda müəllim direktoru məhkəməyə verdi

Xırdalan şəhər 2 saylı tam orta məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva məktəbin direktoru Gülnaz Kərimovanı və tədris hissə müdirini xüsusi ittiham qaydasında məhkəməyə verib.

Abşeron Rayon Məhkəməsinə müraciət edən müəllim direktorun və tədris hissə müdirinin Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.

V.Həziyeva direktorun onu şagirdlərin və məktəb işçilərinin yanında təhqir etdiyini, ləyaqətini alçaltdığını deyib.

Həmçinin məlum olub ki, müəllimlə direktor arasında bir müddətdir narazılıq var və V.Həziyeva məktəb rəhbəri barəsində mətbuatda da tənqidi fikirlər səsləndirib.

Abşeron Rayon Məhkəməsi V.Həziyevanın müraciətində Cinayət Prosessual Məcəlləsinin bəzi tələblərinin pozulması, təqdim edilmiş sənəd və sübutların tam olmaması qənaətinə gəlib. Bu səbəbdən ərizə icraata qəbul edilməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            102 18.12.24 18:56