Nazir direktorlara tapşırıqlar verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Naxçıvanda 32.5 milyon manatlıq yeyinti üzə çıxdı - Materiallar prokurorluqda  |     22:42 Bakı sakinləri gecə ilə küçəyə axışdı - "Təhlükəli vəziyyətdəyik"  |     22:38 Premyer Liqa klubları qış fasiləsini harada keçirəcək? (SİYAHI)  |     22:26 Keşlə bazarında işləyənlərə növbəti xəbərdarlıq- Yanvarın 1-nə qədər bazarı tərk edin! VİDEO  |     22:10 Bəşər Əsəd dövrünün foto və sənədləri maşınlarla daşınır - FOTO  |     21:55 Tom Kruza fəxri mükafat verildi  |     21:45 Azərbaycanda magistr tələbəsi vəfat etdi  |     21:32 Nazir direktorlara tapşırıqlar verdi  |     21:12 Emoməli Rəhmon Tacikistanın hakim partiyasının lideri seçildi  |     20:47 100 min suriyalı qaçqın vətəninə qayıdıb  |     20:28 Valideynlərin nəzərinə! - Qeydiyyat başladı  |     20:21 Avropa Komissiyası Ukraynaya 4 milyard avrodan çox tranş köçürüb  |     20:12 Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi  |     19:38 Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ  |     19:19 Avropa Ukraynaya 100 minə qədər hərbçi göndərə bilər - "Reuters"  |     19:14 "Qarabağ"da daha bir ciddi itki - 1 ay oynamayacaq  |     18:56 Xırdalanda müəllim direktoru məhkəməyə verdi  |     18:49 Azərbaycanın Əməkdar memarı vəfat edib  |     18:31 "Müəllimi bu həddə çatdırmaq olmaz" - Ekspert  |     18:21 Ziya Bünyadov prospektində QƏZA: Sıxlıq yarandı  |    

Nazir direktorlara tapşırıqlar verdi

Elm və Təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin direktorları ilə görüş keçirib.

Görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmələrinin rəhbərləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, eləcə də Səbail və Nizami rayonlarının məktəb direktorları iştirak ediblər.

Emin Əmrullayev görüş iştirakçılarını salamlayaraq təhsil sahəsində həyata keçirilən islahatlar, cari ildə əldə olunan nailiyyətlər və gələcək planlar barədə danışıb. Nazir təhsil sahəsində islahatların davamlı olaraq aparıldığını və idarəetmənin bu prosesin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. O, məktəb rəhbərlərinin üzərinə düşən vəzifələrin əhəmiyyətini xüsusi qeyd edib.

Nazir görüşdə məktəblərin qarşısında duran müasir çağırışlar, məktəb-icma əməkdaşlığının inkişafı, təhsilverənlərin sertifikatlaşdırılması prosesi, təhsil müəssisələrində psixoloji xidmətlərin gücləndirilməsi və inklüziv təhsilin təşviqi məsələlərinə diqqət çəkib. O, həmçinin elektron xidmətlərdən daha geniş və effektiv istifadənin zəruriliyini vurğulayıb. Təhsilin keyfiyyətinin artırılması, öyrənmə mühitinin təkmilləşdirilməsi və idarəetmənin modernləşdirilməsi istiqamətində davam edən fəaliyyətlərin əhəmiyyətindən bəhs edib.

Görüş çərçivəsində mövcud problemlər və onların həlli yolları müzakirə olunub, müvafiq məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Daha sonra təhsil müəssisələrinin rəhbərlərinin sualları cavablandırılıb, təkliflər dinlənilib və müvafiq tapşırıqlar verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            96 18.12.24 21:32