"Müəllimi bu həddə çatdırmaq olmaz" - Ekspert » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:10 Bəşər Əsəd dövrünün foto və sənədləri maşınlarla daşınır - FOTO  |     21:55 Tom Kruza fəxri mükafat verildi  |     21:45 Azərbaycanda magistr tələbəsi vəfat etdi  |     21:32 Nazir direktorlara tapşırıqlar verdi  |     21:12 Emoməli Rəhmon Tacikistanın hakim partiyasının lideri seçildi  |     20:47 100 min suriyalı qaçqın vətəninə qayıdıb  |     20:28 Valideynlərin nəzərinə! - Qeydiyyat başladı  |     20:21 Avropa Komissiyası Ukraynaya 4 milyard avrodan çox tranş köçürüb  |     20:12 Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi  |     19:38 Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ  |     19:19 Avropa Ukraynaya 100 minə qədər hərbçi göndərə bilər - "Reuters"  |     19:14 "Qarabağ"da daha bir ciddi itki - 1 ay oynamayacaq  |     18:56 Xırdalanda müəllim direktoru məhkəməyə verdi  |     18:49 Azərbaycanın Əməkdar memarı vəfat edib  |     18:31 "Müəllimi bu həddə çatdırmaq olmaz" - Ekspert  |     18:21 Ziya Bünyadov prospektində QƏZA: Sıxlıq yarandı  |     17:42 Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı (VİDEO)  |     17:35 Azərbaycanda prokuror təqaüdə GÖNDƏRİLDİ  |     17:29 Ailələrin aylıq xərci 2500 manatı ÖTDÜ - RƏSMİ  |     17:20 Gəncədə 10-cu sinif şagirdi azyaşlını bıçaqladı  |    

"Müəllimi bu həddə çatdırmaq olmaz" - Ekspert

"Bu hadisə xoşagələn hal deyil. Burada iki tərəfdən çox valideyn günahkardır. Mən birmənalı olaraq valideyni günahlandırıram".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair görüntülərdən danışarkən deyib.

Onun sözlərinə görə, hazırkı cəmiyyətdə bəzi valideynlər uşaqlarını başlı-başına buraxıb:

"Nəzarət etmir, təlim-tərbiyyəsi ilə məşğul deyil, ümumi təhsillə maraqlanmır və s. Nəticədə də belə xoşagəlməz hallar yaranır. Düzdür, birmənalı olaraq deyirik ki, müəllim sinifdə belə hərəkəti etməməlidir. Çünkü qanunlar istiqamətindən biz baxsaq, qəsdən sağlamlığa xəsarət yetirmək göz önünə gəlir".

Elçin Əfəndiyev əlavə edib ki, bu qanunvericiliyə əsasən ümumi hüquq pozuntusudur:

"Amma müəllim burada təmkin göstərməlidir. Bir də buradan baxaq ki, müəllim həmin andakı həddə necə gəlib çatıb. Bunu da diqqətə almaq lazımdır. Yekun olaraq heç kəs istəməz ki, məktəbdə belə hal yaşansın. Ona görə də valideynlər övladları ilə daimi söhbət aparmalıdırlar. Müəllim təhsil verəndir, tərbiyəverən isə valideyndir. Valideynlər bu məsuliyyəti öz üzərindən atmamalıdırlar".

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair görüntülər yayılıb. Böyük müzakirəyə səbəb olan görüntü ictimai qınağa səbəb olub. "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            105 18.12.24 18:31