Qışda Azərbaycanda havanın orta temperaturu necə olacaq? » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:01 Dənizdə dalğanın hündürlüyü 3,4 metrə çatır - FAKTİKİ HAVA  |     15:50 Xaçmazda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb  |     15:42 Azərbaycanda qızılcaya yoluxma halı kəskin azalıb - RƏSMİ  |     15:31 Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinə yeni komandan TƏYİN ETDİ - FOTO  |     15:27 Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verib  |     15:21 Bakıda dəhşətli cinayət: Qeyri-rəsmi nikahda yaşadığı qadının başına daşla vurub öldürdü - FOTO (YENİLƏNİB)  |     15:15 Lənkəranda yük avtomobilini narkotikin təsiri altında idarə edən şəxs saxlanılıb  |     15:14 67 paytaxt məktəblisi olimpiadada qalib olub  |     14:53 Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən KÖRPÜ SÖKÜLÜR  |     14:39 Qışda Azərbaycanda havanın orta temperaturu necə olacaq?  |     14:17 Kişi onunla kobud danışan arvadını döydü  |     14:16 Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini AÇIQLADI  |     13:12 Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır  |     12:51 Azərbaycanda ilk: Məhkəmələrlə əlaqə saxlamaq daha asan olacaq  |     12:45 Cəlilabadda məsciddən samovar oğurlanıb - FOTO  |     12:38 Azərbaycandakı ödənişli yolda "sürətli keçid kartı"nın tətbiqinə başlanılıb - VİDEO  |     12:37 Şabranda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslər saxlanılıblar  |     12:36 Cənubi Koreya prezidenti dindirilmə prosesinə gəlməyib  |     12:35 Tovuzda pirotexniki vasitələr satan şəxs saxlanılıb  |     12:31 Ucarda kabelləri oğurlayan qohumlar saxlanılıblar  |    

Qışda Azərbaycanda havanın orta temperaturu necə olacaq?

"Fəsillik proqnozlar uzun illəri, böyük əraziləri əhatə edən hava müşahidə məlumatlarının analizi və elmi tədqiqat əsasında hazırlanan mövsümlər üzrə ilkin hava durumu ssenariləri olaraq Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzləri (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi - ECMWF, ABŞ-nin Beynəlxalq Tədqiqatlar İnstitutu - IRI, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı - APEC Climate Center və s.) tərəfindən yayımlanır".

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov məlumat verib.

O bildirib ki, fəsillik proqnozlara əsasən, bu ilin qış aylarında Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq:

"Yağıntının miqdarının da normaya yaxın, bəzi yerlərdə bir qədər az olacağı proqnozlaşdırılır".

"Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə, adətən, yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur", - deyə xidmət rəisi qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 18.12.24 14:39