Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:05 Suriyanın Rusiya hərbi bazalarının ölkədə qalması üçün şərti var  |     13:49 Ankarada 33 nəfər saxta spirtli içkidən ölüb  |     13:34 Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirilib  |     13:17 Ermənistanda iki rusiyalı HƏBS EDİLDİ  |     12:57 Azərbaycanda yaşı 31-dən yuxarı olan əsgərlərin ordudan tərxisinə başlanıldı  |     12:45 Trampın Ukrayna üzrə sülh planının detalları məlum oldu  |     12:36 Yerə yaxınlaşan təhlükəli asteroidin toqquşma ehtimalı əhəmiyyətli dərəcədə artdı  |     12:31 Ağcabədidiə itkin düşən gəncin meyiti tapıldı  |     12:11 ABŞ Avropaya qaz tədarükünü əhəmiyyətli dərəcədə azaldıb  |     11:57 Göyərtəsində 10 nəfərin olduğu təyyarə yoxa çıxıb  |     11:54 Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI: Dövlət qurumları hərəkətə keçdilər - VİDEO (YENİLƏNİB)  |     11:49 Azərbaycanda süfrə yağlarının qiyməti KƏSKİN ARTDI - VİDEO  |     11:47 Saatlıda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olundular  |     11:47 Xəzərdə zəlzələ baş verdi  |     11:44 Hoteldə qızla tanış olmaq üçün qalmaqala səbəb olan azərbaycanlı futbolçu komandadan qovuldu  |     11:36 Gəncə Reabilitasiya Mərkəzinin pasiyentinin müəmmalı ölümü: Döyüldüyü iddia edilir  |     11:25 Şagirdlərə intihara sürükləyən oyunun loqosu olan KAĞIZ PAYLANILMASI ilə bağlı məktəbdən açıqlama  |     11:22 Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysi istifadəyə verilir  |     22:57 BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik  |     22:48 Əfqan məmurların "Taliban" liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi  |    

Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır

Xaçmazda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Allahverdi Mustafayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb.

Qeyd edək ki rəsmi məlumata görə, 2023-cü il yanvarın 6-da Xaçmaz rayonunun Hacılar kəndi ərazisində 1991-ci il təvəllüdlü Aynur Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Allahverdi Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynur Əhmədovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Allahverdi Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İttiham aktına əsasən, Allahverdi Mustafayev qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Aynur Əhmədova ilə 2021-ci ilin oktyabr ayından ona qarşı soyuq münasibət bəsləməsindən, habelə yaşadıqları fərdi yaşayış evinin həyətindən ona məxsus olmayan siqaret kötüklərini tapmasına görə zərərçəkmiş şəxsi başqa bir kişi ilə ona xəyanət etməsindən şübhələnib.

O, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadını öldürmək qərarına gəlib. Hadisə günü sərxoş olan Allahverdi evdə azyaşlı övladlarının gözləri qarşısında mətbəx bıçağı ilə Aynurun bədəninə bir neçə zərbə endirərək ona xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Allahverdi Mustafayev məhkəmədə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. O, sərbəst ifadəsində və sualları cavablandırarkən deyib ki, hər bir ailədə olduğu kimi, həmin günü də onun ailəsində məişət mübahisəsi olub. Hadisə ailə mübahisəsi səbəbindən baş verib. Arvadını öldürmək niyyəti olmayıb, içkili imiş. Olay günü əsəbiləşib və qorxutmaq niyyəti ilə Aynuru bıçaqla vurub.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            192 18.12.24 13:12