Azərbaycanın Əməkdar memarı vəfat edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:10 Bəşər Əsəd dövrünün foto və sənədləri maşınlarla daşınır - FOTO  |     21:55 Tom Kruza fəxri mükafat verildi  |     21:45 Azərbaycanda magistr tələbəsi vəfat etdi  |     21:32 Nazir direktorlara tapşırıqlar verdi  |     21:12 Emoməli Rəhmon Tacikistanın hakim partiyasının lideri seçildi  |     20:47 100 min suriyalı qaçqın vətəninə qayıdıb  |     20:28 Valideynlərin nəzərinə! - Qeydiyyat başladı  |     20:21 Avropa Komissiyası Ukraynaya 4 milyard avrodan çox tranş köçürüb  |     20:12 Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi  |     19:38 Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ  |     19:19 Avropa Ukraynaya 100 minə qədər hərbçi göndərə bilər - "Reuters"  |     19:14 "Qarabağ"da daha bir ciddi itki - 1 ay oynamayacaq  |     18:56 Xırdalanda müəllim direktoru məhkəməyə verdi  |     18:49 Azərbaycanın Əməkdar memarı vəfat edib  |     18:31 "Müəllimi bu həddə çatdırmaq olmaz" - Ekspert  |     18:21 Ziya Bünyadov prospektində QƏZA: Sıxlıq yarandı  |     17:42 Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı (VİDEO)  |     17:35 Azərbaycanda prokuror təqaüdə GÖNDƏRİLDİ  |     17:29 Ailələrin aylıq xərci 2500 manatı ÖTDÜ - RƏSMİ  |     17:20 Gəncədə 10-cu sinif şagirdi azyaşlını bıçaqladı  |    

Azərbaycanın Əməkdar memarı vəfat edib

Azərbaycanın Əməkdar memarı Fəxrəddin Böyük oğlu Miralayev vəfat edib.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, o, bu gün dünyasını dəyişib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Mərhumla vida mərasimi sabah saat 10:30-da Göy Məsciddə baş tutacaq.

Xatırladaq ki, Fəxrəddin Böyük oğlu Miralayev 14 mart 1951-ci ildə Qazax şəhərində anadan olub. 1968-1974-cü illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1975-1982-ci illərdə Azərbaycan SSR Mədəniyyət və Turizm Nazirliyinin Bərpa İdarəsində memar, 1983-1992-ci illərdə "Bərpaçı" Baş idarəsində memar, 1992-2000-ci illərdə Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin sədri vəzifəsində işləyib. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Memarlıq abidələrinin bərpası və mühafizəsi Komitəsinin Baş idarəsinin rəisi işləyib.

2003-2015-ci illərdə "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunda baş memar vəzifəsində çalışıb. 100-ə yaxın bina layihələrinin müəllifidir.

Opera və Balet Teatrının bərpası, Bibiheybət məscidi, Buzovnada Cümə məscidi, "ÜNS" teatrı (O. Səttarovla birgə), Fəxri xiyabanın (R.Əliyevlə birgə) və Şəhidlər xiyabanının rekonstruksiyası, Gəncədə İmamzadə Dini-memorial kompleksi, Qala kəndində Açıq səma altında Muzey, İçərişəhərin qala divarlarının bərpası, İqtisad Universitetinin və ətrafının regenerasiyası, Nəsimi meydanında yeraltı qaraj və mağaza (S.Salamzadə ilə birgə), Zərifə Əliyeva, Füzuli və Heydər Əliyev prospektlərində yerləşən binaların layihəsinin müəllifidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            99 18.12.24 18:49