Azərbaycanda prokuror təqaüdə GÖNDƏRİLDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:47 100 min suriyalı qaçqın vətəninə qayıdıb  |     20:28 Valideynlərin nəzərinə! - Qeydiyyat başladı  |     20:21 Avropa Komissiyası Ukraynaya 4 milyard avrodan çox tranş köçürüb  |     20:12 Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi  |     19:38 Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ  |     19:19 Avropa Ukraynaya 100 minə qədər hərbçi göndərə bilər - "Reuters"  |     19:14 "Qarabağ"da daha bir ciddi itki - 1 ay oynamayacaq  |     18:56 Xırdalanda müəllim direktoru məhkəməyə verdi  |     18:49 Azərbaycanın Əməkdar memarı vəfat edib  |     18:31 "Müəllimi bu həddə çatdırmaq olmaz" - Ekspert  |     18:21 Ziya Bünyadov prospektində QƏZA: Sıxlıq yarandı  |     17:42 Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı (VİDEO)  |     17:35 Azərbaycanda prokuror təqaüdə GÖNDƏRİLDİ  |     17:29 Ailələrin aylıq xərci 2500 manatı ÖTDÜ - RƏSMİ  |     17:20 Gəncədə 10-cu sinif şagirdi azyaşlını bıçaqladı  |     17:16 "Yüksəliş" müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrıldı (SƏRƏNCAM)  |     17:11 Nazir köməkçisinin atası infarktdan öldü: Qızının faciəsinə tab gətirmədi  |     17:05 Paşinyanın müavini: "Zəngəzur dəhlizi olmayacaq"  |     16:01 Dənizdə dalğanın hündürlüyü 3,4 metrə çatır - FAKTİKİ HAVA  |     15:50 Xaçmazda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb  |    

Azərbaycanda prokuror təqaüdə GÖNDƏRİLDİ

Uzun müddət prokurorluq orqanlarında şərəfli xidmət yolu keçmiş Azərbaycan Prokurorluğunun veteranları Namiq Əsgərov və Bəhruz Mahmudovun 70 illik yubileylərinin tamam olması, eyni zamanda prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Kürdəmir rayon prokurorunun müavini Elxan Məmmədovun qulluq keçməsinə xitam verilməsi ilə əlaqədar Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə dekabrın 18-də tədbir keçirilib.

Tədbirdə Baş prokuror tərəfindən veteran prokurorluq işçisi Namiq Əsgərova hədiyyə, Bəhruz Mahmudova isə "Azərbaycan Prokurorluğunun 100 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Namiq Əsgərov və Bəhruz Mahmudov prokurorluq orqanlarında qulluq keçmənin, prokurorluq işçisi kimi qanunçuluq və hüquq qaydalarının təmin olunmasında, dövlətçiliyimizin maraqlarının müdafiə edilməsində xidmət aparmanın qürurverici olduğunu bildirərək, veteran prokurorluq işçilərinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirib.

Həmçinin, Baş prokuror tərəfindən uzunmüddətli səmərəli fəaliyyətinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Elxan Məmmədova "Prokurorluğun fəxri işçisi” döş nişanı təqdim edilib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və sonda xatirə şəkli çəkilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            93 18.12.24 17:35