Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Kiyevdəki pilotsuz sistemlərinin idarəetmə mərkəzinə endirilən zərbəni Ukrayna pilotsuz uçan aparatının Putin adına Rusiya Xüsusi Təyinatlı Universitetinə hücumuna görə "qisas" adlandırıb.
O, bu barədə öz "Telegram" kanalında bildirib.
"Mən bir gün əvvəl dedim ki, dünən RUS binasına edilən hücuma görə qisas almağı çox gözləmək lazım gəlməyəcək", - deyə Ramzan Kadırov bildirib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kiyevdəki Baş Qərargahının binası PUA hücumuna məruz qalıb. Qərargahın binası PUA mərmisinin qalıqlarının düşməsi nəticəsində zədələnib.