Çin ordusu Filippinə xəbərdarlıq edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |     19:10 "Amazon"un təsisçisi 737 milyon dollarlıq səhm satıb  |     19:04 Almaniya Rusiyanın "kölgə donanması"na qarşı mübarizəni sərtləşdirir  |     18:24 Qazaxıstan prezidenti Azərbaycana təşəkkür edib  |     18:18 Rusiya İstintaq Komitəsi Yekaterinburqda saxlanılan azərbaycanlılar haqqında məlumat yayıb  |     17:25 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     17:22 "LUKOIL"dan Yekaterinburqda əməkdaşının saxlanılması barədə xəbərlərə ŞƏRH  |     15:35 Azər Qasımlının məhkəməsi başladı  |     15:05 Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur (VİDEO)  |     15:02 Rusiyadan azərbaycanlılara qarşı növbəti RƏZALƏT - Ailə deportasiya edildi  |     15:01 Serj Sarqsyan rüşvət almaqda ittiham olunur  |     15:01 Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı  |     14:56 Yekaterinburqda OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ  |     13:53 Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi  |     12:56 Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir  |     12:33 AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA  |    

Çin ordusu Filippinə xəbərdarlıq edib

Çin Xalq Respublikasının Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir və öz ölkələrinin suverenliyini qətiyyətlə müdafiə edəcək, Cənubi Çin dənizində sülh və sabitliyi təmin edəcək.

Bu barədə Huanyan rifi ərazisində Filippin təyyarəsi ilə son insidenti şərh edən Çin Xalq Azadlıq Ordusunun Cənub Bölgəsi Döyüş Komandanlığı məlumat yayıb.

Avqustun 8-də Filippin Hərbi Hava Qüvvələrinə məxsus NC-212 təyyarəsi Çin tərəfinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Cənubi Çin dənizindəki Huanyan rifinin hava məkanına qanunsuz daxil olub. Beləliklə, ÇXR tərəfindən müntəzəm olaraq keçirilən təlimlərə müdaxilə yaradılıb.

“Filippin tərəfinin hərəkətlərinə cavab olaraq, Çin ordusu obyekti müəyyən etmək və onun hərəkətini izləmək üçün hava və dəniz qüvvələrini səfərbər edib.

Çin ordusu daha sonra peşəkar və qanuni olaraq Filippin təyyarəsinə xəbərdarlıq edib və onu hava məkanından uzaqlaşdırmaq üçün hərəkətə keçib. Biz Filippin tərəfinə birbaşa bəyan edirik ki, o, pozuntuları və təxribatları dərhal dayandırmalı, təhrif və spekulyasiyalardan əl çəkməlidir”, - məlumatda vurğulanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            762 10.08.24 20:50