Ukraynadan qaçan Sofiya Rotaru Sardiniyada gizlənir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Alyaskada buzlaqlar əridi, yeni bir ada üzə çıxdı  |     22:56 Öldürülən motosikletçinin valideynləri azərbaycanlı ailədən 100 milyon rubl istəyir  |     22:50 Atlantik okeanının altında nəhəng içməli su mənbəyi tapıldı  |     22:42 Almaniyada azərbaycanlı saxlanıldı: İnsan qaçaqçılığında ittiham olunur  |     22:37 BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq  |     22:29 "Zəngəzur" mahnısı təqdim edildi (VİDEO)  |     22:24 İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş  |     22:15 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     22:09 Gənclər və İdman Nazirliyindən bu səlahiyyəti alındı - Sahil Babayevin tapşırığı...  |     22:01 Xaricdən gətirilən balıqlar yerli məhsullardan niyə ucuz satılır?  |     21:50 Azərbaycan paralimpiyaçısı xal ehtiyatında 12-ci pilləyə yüksəlib  |     21:43 Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub  |     21:29 Yaddaşa mənfi təsir göstərən qidalar  |     21:23 Ağdamda maşın aşdı, yeniyetmə öldü  |     21:15 Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO  |     21:09 “Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu  |     20:50 Nepalda müvəqqəti hökumətin başçısı məlum oldu  |     20:42 Qəzalı vəziyyətdə olan 400 orta məktəbin aqibəti necə olacaq? - Ekspert  |     20:33 Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti müvəqqəti DAYANDIRILIR  |     20:26 Bəybala Xankişiyevə "stop" qoyuldu  |    

Ukraynadan qaçan Sofiya Rotaru Sardiniyada gizlənir

SSSR Xalq artisti Sofiya Rotaru son vaxtlar İtaliyada məskunlaşıb.

Median.Az
axşam.az-a istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında xüsusi hərbi əməliyyat başladıqdan sonra 76 yaşlı müğənni Konça-Zaspanın elit Kiyev rayonundakı malikanəsində sığınaraq qastrol səfərlərini və korporativ fəaliyyətlərini dayandırıb. Lakin "Komsomolskaya Pravda" nəşri Sofiyanın İtaliyaya köçməsi haqda məlumat əldə edib.

"Rotaru uzun illər ard-arda İtaliyanın Sardiniya adasında tətildə olub. Kiyevdən ora gedib. Sardiniya adasında Sofiya Mixaylovna 4 milyon avroya dəniz sahilində villa, 1 milyon avroya isə bir yaxta alıb" deyə, məqalədə yazılıb.

Müğənniyə yaxın mənbə qeyd edib ki, Rotaru villa ilə yaxtanı oğlu Ruslanın adına rəsmiləşdirib. İndi Rotaru oğlu və həyat yoldaşı ilə Sardiniyada yaşayır. Nəvələri Anatoli və Sonya ABŞ-da məskunlaşıb. Onlar tez-tez nənələrini və valideynlərini ziyarət etmək üçün Sardiniyaya uçurlar.

Məlumatda həmçinin vurğulanıb ki, sənətçiyə Dubaydakı çıxışları üçün 100-150 min avro təklif olunur. Lakin Rotaru bundan imtina edir. Onun demək olar ki, bütün musiqiçi qrupu Kiyevdə qalıb. Sənətçi indi pul dalınca qaçmır. Çünki o, Rusiyadakı karyerası ərzində yaxşı pul qazanıb.

Sofiya Rusiyaya geri qayıtmağı planlaşdırmır. Onun Rusiya ərazisində çox sayda daşınmaz əmlakı var. Bir il əvvəl sənətçi Yaltadakı Qoqol küçəsindəki mənzilini satıb. Ulduz Yaltada başqa bir mənzilini də satıb. O, Rusiyada sahibi olduğu hər şeyi satışa çıxarıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            771 17.07.24 19:37