Bloomberg: Bəzi NATO ölkələri Kiyevə uzunmüddətli yardım öhdəliyindən imtina edirlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Alyaskada buzlaqlar əridi, yeni bir ada üzə çıxdı  |     22:56 Öldürülən motosikletçinin valideynləri azərbaycanlı ailədən 100 milyon rubl istəyir  |     22:50 Atlantik okeanının altında nəhəng içməli su mənbəyi tapıldı  |     22:42 Almaniyada azərbaycanlı saxlanıldı: İnsan qaçaqçılığında ittiham olunur  |     22:37 BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq  |     22:29 "Zəngəzur" mahnısı təqdim edildi (VİDEO)  |     22:24 İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş  |     22:15 Şənbə günü yağış yağacaq, şimşək çaxacaq  |     22:09 Gənclər və İdman Nazirliyindən bu səlahiyyəti alındı - Sahil Babayevin tapşırığı...  |     22:01 Xaricdən gətirilən balıqlar yerli məhsullardan niyə ucuz satılır?  |     21:50 Azərbaycan paralimpiyaçısı xal ehtiyatında 12-ci pilləyə yüksəlib  |     21:43 Türkiyədə meşə yanır, təyyarə və helikopterlər cəlb olunub  |     21:29 Yaddaşa mənfi təsir göstərən qidalar  |     21:23 Ağdamda maşın aşdı, yeniyetmə öldü  |     21:15 Neftçalada 1 yaşlı körpəni anası yerə çırparaq öldürübmüş - VİDEO  |     21:09 “Kəpəz” “Araz-Naxçıvan”a məğlub oldu  |     20:50 Nepalda müvəqqəti hökumətin başçısı məlum oldu  |     20:42 Qəzalı vəziyyətdə olan 400 orta məktəbin aqibəti necə olacaq? - Ekspert  |     20:33 Xırdalan-Sumqayıt-Xırdalan qatarlarının hərəkəti müvəqqəti DAYANDIRILIR  |     20:26 Bəybala Xankişiyevə "stop" qoyuldu  |    

Bloomberg: Bəzi NATO ölkələri Kiyevə uzunmüddətli yardım öhdəliyindən imtina edirlər

Şimali Atlantika Müqaviləsi Təşkilatının bəzi ölkələri Ukraynaya uzunmüddətli yardım öhdəliyi götürmək istəmir.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bütün NATO üzvləri 2024-cü ildə Kiyevə ən azı 40 milyard avro məbləğində ümumi yardım göstərməyə razılaşırlar.

Bununla belə, gələcəkdə yardımın göstərilməsi və onun məbləği məsələsi hər il yenidən gündəmə gətirilməli olacaq, çünki bəzi Avropa paytaxtlarında siyasi və hüquqi maneələr Kiyevə bir neçə il ərzində dəstək barədə razılığa gəlməyi çətinləşdirir.

Agentlik mənbələri bildiriblər ki, döyüş meydanındakı mövqe də qərarların qəbulunda mühüm rol oynayacaq. Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Kiyevə uzunmüddətli yardım üçün ildə 100 milyard dollar (təxminən 94 milyard avro) dəyərində fond yaratmağı təklif etmişdi, lakin bu təşəbbüs NATO ölkələri arasında dəstək tapmayıb. Məbləğ isə az qala 40 milyard dollara (təxminən 37 milyard avro) endirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            609 26.06.24 21:09