İranın Rusiyadakı səfiri Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı versiyalardan danışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:06 Prokuror sabiq gömrükçülərlə bağlı hökmə etiraz etdi  |     16:00 Vərəsəliklə bağlı yeni qaydalar - Prezident TƏSDİQLƏDİ  |     15:52 Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı  |     13:25 Azərbaycanlı ABŞ-nin səhiyyə sistemindən 137 milyon dollar ələ keçirib - FOTO  |     13:22 Metroda HƏYƏCANLI ANLAR: Ana və övladları ilk dəfə istifadə etdikləri eskalatordan yıxıldılar  |     13:15 Son dövrlərdə körpələrə hansı QƏRİBƏ ADLAR qoyulub?  |     13:02 Pakistan Milli Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib  |     12:56 Bakıda reabilitasiya mərkəzinin əməkdaşı iki nəfəri bıçaqladı  |     12:07 Bu il doqquz yeni bağça fəaliyyətə başlayacaq  |     12:05 Qobustanda 24 yaşlı gəlin QƏTLƏ YETİRİLDİ: Qayınatası saxlanıldı  |     12:03 Əhaliyə XƏBƏRDARLIQ - Partlayış səsləri eşidiləcək  |     12:01 Sumqayıt-Bakı qatarı yolda qaldı  |     11:47 Qanun dəyişir: Ödənilə bilməyən bəzi borcları dövlət qaytaracaq  |     11:36 Saniyədə 30-a qədər ağcaqanad öldürən portativ lazer düzəldildi  |     11:36 İranda İsrail kəşfiyyatının informatoru saxlanıldı  |     11:26 Bakı Limanına yeni baş direktor TƏYİN EDİLDİ  |     10:55 Metronun "20 Yanvar" stansiyası istiqamətində QƏZA: Sıxlıq yarandı  |     10:42 İmişlidə ferma yandı  |     23:01 2030-cu ilə qədər texnoloji lider olacaq şəhərlər açıqlandı  |     22:53 Üç boksçumuz Dünya kubokunda bürünc medal qazanıb  |    

İranın Rusiyadakı səfiri Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı versiyalardan danışdı

"İran Prezidenti İbrahim Rəisinin göyərtəsində olduğu helikopterin qəzaya uğramasının əsas versiyası əlverişsiz hava şəraiti hesab olunur".

Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali News.ru-ya bildirib.

Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırmanın nəticələrini səbirlə gözləyirlər.

"Bu nöqtədə bildiyimiz odur ki, (qəzaya) əlverişsiz hava şəraiti səbəb olub. Aidiyyəti orqanlar bu işi araşdırır və bu gün biz bununla bağlı şərh verə bilmərik", - deyə o vurğulayıb.

Xatırladaq ki, mayın 19-da İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb. Qəza zamanı helikopterin göyərtəsində dövlət başçısı ilə yanaşı, İranın XİN rəhbəri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşim, İbrahim Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi və SEPAH-ın adı açıqlanmayan "Ənsar-əl Mehdi" qərargahının zabiti olublar.

Bundan əvvəl məlum olub ki, son anda onların hamısı eyni helikopterə mindirilib. Helikopter trekerlərlə təchiz edilib və hərbi pilotlar tərəfindən idarə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            522 22.05.24 18:24