Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:51 “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq  |     19:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO  |     19:30 Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA  |     18:35 Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...  |     18:32 Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK  |     18:15 Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO  |     18:10 Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  |     18:05 Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər  |     17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |     16:20 Tanınmış aparıcı Aytən Səfərova işdən çıxarılıb?  |     16:09 Sabunçuda ƏMƏLİYYAT: dəstə üzvləri saxlanıldı - FOTO  |     16:03 Ararat Mirzoyan: “İki ölkə sülh müqaviləsini imzalamaqla məhdudlaşmamalıdır”  |     15:59 Ceyhun Bayramovdan Almatıda erməni həmkarı ilə danışıqlar barədə AÇIQLAMA (VİDEO)  |     15:35 Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİR  |     15:22 COP29 töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib  |     15:20 Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır - FOTO  |     14:10 Ceyhun Bayramov qazaxıstanlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb - FOTO  |    

Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Rusiya Federasiyasının Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi rabitə xidmətlərinin göstərilməsi üçün müqavilələr bağlayarkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bir sıra tələbləri nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Median.Az
“Azərtac”a istinadla xəbər verir ki, əcnəbilər sim-kartı yalnız biometriyadan istifadə etməklə əldə edə biləcəklər və artıq bağlanmış müqavilələri yeni qaydalara uyğun olaraq yenidən rəsmiləşdirilməli olacaqlar.

Nazirliyin mətbuat xidməti qeyd edir ki, əcnəbilər müvafiq müqaviləni yalnız Vahid Biometrik Sistemdə qeydiyyatdan keçdikdən sonra bağlaya biləcəklər. Üstəlik, internet vasitəsilə sim-kart almaq qadağan ediləcək və bu, yalnız rəsmi rabitə mağazalarında və ya satış nöqtələrində həyata keçirilə bilər.

Müqavilədə, həmçinin IMEI, yəni sim-kartın quraşdırılacağı mobil cihazın eyniləşdirmə kodu göstəriləcək. Sim-kartın başqa cihaza köçürülməsi halında operatorların rabitə əlaqəsini kəsəcəyi vurğulanır. Belə olan halda, istifadəçi cihazı dəyişdirmək istəsə, mobil operatorun ofisində müqaviləyə dəyişiklik edə biləcək. Həmçinin, əcnəbi 10-dan çox nömrəni qeydiyyatdan keçirə bilməyəcək.

Rusiya operatorları 2025-ci il fevralın 1-dək bütün əcnəbilərə qaydalardakı dəyişiklik barədə məlumat verməlidir, gələn il martın 1-dək qədər sənədlər yenidən təqdim edilməlidir.

Bundan əlavə, yeni qanun layihəsi sayəsində ruslar pasport məlumatları ilə qeydiyyata alınan bütün nömrələr haqqında Dövlət Xidmətləri haqqında məlumatları görə biləcəklər. Onların şəxsi hesablarında istifadə olunmayan nömrələri söndürə bilmək imkanı da olacaq.

Yeni qaydalar qanun layihəsinin imzalandığı gündən qüvvəyə minəcək. Tələblərin pozulmasına görə inzibati məsuliyyət müəyyən ediləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            201 27.04.24 22:08