Aylardır yoxa çıxan Uels şahzadəsi vəziyyəti barədə açıqlama verdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:52 Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul qaydası açıqlanıb  |     19:45 Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib  |     19:39 KTM: Ötən ay 100 nəfərə yaxın insan zəhərlənib, 3-ü ölüb  |     19:31 Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb  |     19:25 FES sentyabradək faiz dərəcəsini azalda bilər  |     19:17 Süveyş körfəzində qazma qurğusu batıb, ölənlər var  |     19:10 "Amazon"un təsisçisi 737 milyon dollarlıq səhm satıb  |     19:04 Almaniya Rusiyanın "kölgə donanması"na qarşı mübarizəni sərtləşdirir  |     18:24 Qazaxıstan prezidenti Azərbaycana təşəkkür edib  |     18:18 Rusiya İstintaq Komitəsi Yekaterinburqda saxlanılan azərbaycanlılar haqqında məlumat yayıb  |     17:25 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     17:22 "LUKOIL"dan Yekaterinburqda əməkdaşının saxlanılması barədə xəbərlərə ŞƏRH  |     15:35 Azər Qasımlının məhkəməsi başladı  |     15:05 Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur (VİDEO)  |     15:02 Rusiyadan azərbaycanlılara qarşı növbəti RƏZALƏT - Ailə deportasiya edildi  |     15:01 Serj Sarqsyan rüşvət almaqda ittiham olunur  |     15:01 Milli Məclis Azərbaycan əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yaydı  |     14:56 Yekaterinburqda OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ  |     13:53 Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi  |     12:56 Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir  |    

Aylardır yoxa çıxan Uels şahzadəsi vəziyyəti barədə açıqlama verdi - VİDEO

Uzun müddətdir yoxa çıxan və haqqında şayiələr gəzən Keyt Middlton nəhayət açıqlama ilə ictimaiyyət qarşısına çıxıb. Uels şahzadəsi ona xərçəng diaqnozu qoyulduğunu açıqlayıb.

Bu barədə o, özünün sosial şəbəkə hesabından xəbər verib.

Middltonun sözlərinə görə, xərçəng xəstəliyi qarın əməliyyatından sonra aparılan müayinələr zamanı aşkarlanıb.

“Həkimlər mənə profilaktik olaraq kimyaterapiyadan keçməyi tövsiyə etdi. Mən hazırda bu müalicənin ilkin mərhələsindəyəm”, - deyə Keyt bildirib.

Açıqlamadan sonra Böyük Britaniya Kralı III Çarlz Uels şahzadəsinin çıxışına münasibət bildirib və gəlininin bu vəziyyətində sərgilədiyi mətanəti ilə qürur duyduğunu deyib.

Xatırladaq ki, Kensinqton sarayı yanvarın 17-də Middltonun qarın nahiyəsindən əməliyyat olunduğunu açıqlayıb. Əməliyyatın səbəbləri açıqlanmasa da, Uels şahzadəsinin tibbi məlumatların məxfi qalmasını arzuladığı qeyd edilib.

Bundan sonra Uels şahzadəsi uzun müddət ictimaiyyət arasında görünməyib, bu isə onun öldüyü barədə şayiələrə səbəb oldu.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 392 23.03.24 21:36