“NATO üzvü olan bir qrup ölkə Ukraynaya bir milyon pilotsuz uçuş aparatı (PUA) tədarük etmək qərarına gəlib”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, NATO-nun 20 üzvü Ukraynanın minalardan təmizlənməsi üçün koalisiya yaratmaq məsələsində də razılığa gəlib.
Mənbə: TASS