Ahıska türklərinin sürgün edilməsindən 80 il ötür » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:29 Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib  |     22:10 İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib  |     22:02 COP29-un ən balaca iştirakçısı (VİDEO)  |     21:57 Polşa Koreya tanklarını Kalininqrada yaxınlaşdırdı  |     21:50 Ukrayna atom bombası hazırlayır? - Rəsmi Kiyevdən açıqlama  |     21:44 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıra bilər  |     21:41 Azərbaycanlı müğənni evini 280 000 AZN-ə satır (VİDEO)  |     21:35 Əmək müqavilələrinin sayı 2 milyona çatır  |     21:27 "Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA  |     21:20 Hansı yaşda alkoqoldan tamamilə imtina etmək lazımdır? - Həkim  |     21:07 Yeni ildə neçə gün iş olmayacaq?  |     21:00 "Baker Hughes" şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib  |     20:58 İstanbulda PKK-ya qarşı əməliyyat keçirilib, altı nəfər şübhəli saxlanılıb  |     20:23 Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb  |     20:20 "Roma" yeni baş məşqçisinin adını açıqlayıb  |     20:18 "Formula 1" Monako ilə müqavilənin müddətini daha 6 il uzadıb  |     20:16 Andres İnyesta Danimarka klubunu alıb  |     20:15 Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcəklər  |     20:08 Cəbrayılda AĞIR QƏZA - Ölənlər var  |     19:42 Azərbaycanda 10 ayda vətəndaşlara 146 milyon manata yaxın ƏDV qaytarılıb  |    

Ahıska türklərinin sürgün edilməsindən 80 il ötür

Ahıska türklərinin öz vətənlərindən sürgün olunmasından 80 il keçir.

Bu gün keçmiş SSRİ-nin tərkibində olan Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan Ahıska türklərinin 1944-cü il noyabrın 14-də sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) deportasiya edilməsinin 80-ci ildönümüdür.

Məlumata görə, deportasiya zamanı o dövrdə Gürcüstanda 212 kənddə yaşayan təqribən 95 min Ahıska türkü öz evlərindən məcburi qaydada çıxarılaraq yük vaqonları ilə çox ağır şərtlər altında Mərkəzi Asiya respublikalarına sürgün ediliblər.

Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilib, orada məcburi əməyə cəlb olunublar.

Sürgündəki dözülməz şərait ən azı 12 min (bəzi informasiyalara görə, 50 minə qədər) Ahıska türkünün ölümünə səbəb olub.

Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmri əsasında SSRİ xalq daxili işlər komissarı Lavrenti Beriyanın rəhbərliyi ilə 4 min milis əməkdaşı tərəfindən həyata keçirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            168 14.11.24 19:40