"Baker Hughes" şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:29 Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib  |     22:10 İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib  |     22:02 COP29-un ən balaca iştirakçısı (VİDEO)  |     21:57 Polşa Koreya tanklarını Kalininqrada yaxınlaşdırdı  |     21:50 Ukrayna atom bombası hazırlayır? - Rəsmi Kiyevdən açıqlama  |     21:44 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıra bilər  |     21:41 Azərbaycanlı müğənni evini 280 000 AZN-ə satır (VİDEO)  |     21:35 Əmək müqavilələrinin sayı 2 milyona çatır  |     21:27 "Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA  |     21:20 Hansı yaşda alkoqoldan tamamilə imtina etmək lazımdır? - Həkim  |     21:07 Yeni ildə neçə gün iş olmayacaq?  |     21:00 "Baker Hughes" şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib  |     20:58 İstanbulda PKK-ya qarşı əməliyyat keçirilib, altı nəfər şübhəli saxlanılıb  |     20:23 Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın xəstəxanada ölüb  |     20:20 "Roma" yeni baş məşqçisinin adını açıqlayıb  |     20:18 "Formula 1" Monako ilə müqavilənin müddətini daha 6 il uzadıb  |     20:16 Andres İnyesta Danimarka klubunu alıb  |     20:15 Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcəklər  |     20:08 Cəbrayılda AĞIR QƏZA - Ölənlər var  |     19:42 Azərbaycanda 10 ayda vətəndaşlara 146 milyon manata yaxın ƏDV qaytarılıb  |    

"Baker Hughes" şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində "Baker Hughes" şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelli ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə şirkətlə birgə fəaliyyət çərçivəsində həyata keçirilən layihələr, innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqi ilə hasilatda məhsuldarlığın və səmərəliliyin artırılması üzrə əməkdaşlıq nəzərdən keçirilib. Dayanıqlı biznes həlləri, emissiyaların azaldılmasına yönəlik fəaliyyət və dekarbonizasiya istiqamətində tərəfdaşlıq məsələlərinə toxunulub.

Tərəflər yaşıl enerji sahəsində ölkəmizin zəngin potensialından səmərəli istifadənin, iqlim fəaliyyətinin beynəxalq standartlara uyğun təşkilinin və bərpa olunan enerjiyə investisiyaların artırılmasının əhəmiyyətini vurğulayıblar. Enerji keçidinin təşviqi və bu xüsusda şirkətin ölkəmizin yaşıl gələcəyinə verə biləcəyi töhfələr, həmçinin SOCAR ilə tərəfdaşlığın inkişaf perspektivləri müzakirə edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            126 14.11.24 21:00