Keçmiş vəkil Elman Paşayevin həbs müddəti uzadılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:52 Rusiya XİN həmin məktubla bağlı açıqlama yaydı  |     22:26 Tehranda İran əsilli Almaniya vətəndaşı azadlığa buraxılıb  |     22:04 Bu ərazilərdə işıq olmayacaq  |     21:31 Biləsuvar məcburi köçkün qəsəbələrindən daha 20 ailə Cəbrayıla köçürülüb  |     21:22 Polis Kaliforniyadakı təxliyə zonalarında 68 nəfəri saxlayıb  |     21:09 Danimarka Arktik ərazilər üzrə Trampla dialoqa hazır olduğunu təsdiqlədi  |     21:05 Dələduzluqda təqsirləndirilən keçmiş vəkil Elman Paşayevə qarşı yeni ittiham: Həbs müddəti uzadıldı  |     20:51 Rusiya Estoniya XİN-in vitse-kanslerini qara siyahıya salıb  |     20:39 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     20:24 Ermənistanda deputat öldü  |     20:07 Nəzrinin ölümü ilə bağlı cinayət işi başlandı  |     19:22 Tibetdə daha bir güclü zəlzələ baş verib  |     17:55 Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan olundu  |     17:47 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     17:26 İxracdan əldə olunan pulları ölkəyə qaytarmayan şəxslərlə bağlı cinayət işləri məhkəməyə göndərilib  |     15:53 Sabah külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:19 Perinatal Mərkəzin sabiq direktoru məhkəmədə ifadə verməkdən imtina etdi  |     14:06 Magistr olmaq istəyənlərin nəzərinə!  |     13:45 Həftəiçi keçiriləcək görüşlərin AFİŞASI (SİYAHI)  |     13:41 Goranboyda iki bacı tüstüdən zəhərlənib  |    

Keçmiş vəkil Elman Paşayevin həbs müddəti uzadılıb

Moskva Qarnizonu Hərbi Məhkəməsi xüsusilə külli miqdarda dələduzluqda təqsirləndirilən sabiq vəkil Elman Paşayevin həbs müddətini uzadıb.

Bu barədə TASS-a məhkəmədən məlumat verilib.

"Moskva Qarnizonu Hərbi Məhkəməsinin qərarı ilə təqsirləndirilən Paşayev barəsində həbs qətimkan tədbirinin müddətinin yanvarın 15-dək uzadılması ilə bağlı istintaq orqanının vəsatəti təmin edilib", - məlumatda deyilir.

Hərbi müstəntiqlərin tələbi ilə həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Paşayev sentyabrın ortalarında hərbi məhkəmə tərəfindən həbs edilib və o, 46 milyon rubldan çox (təxminən 794 min manat) dələduzluqda ittiham olunur. İstintaqın məlumatına görə, bu pula görə o, Aleksey Blinovskiyə vergidən yayınma halı üzrə cinayət məsuliyyətindən azad edəcəyini vəd edib. Müstəntiqlər keçmiş vəkilin işi üzrə üç şahidi dindiriblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            354 14.11.24 11:16