"Çox gözəl abidədir. Musiqiçilərin qəbirüstü abidələri gözəgəlimli olmalı, fərqlənməlidir".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar müəllim Qəzənfər Abbasov mərhum Əməkdar artist Aygün Bəylərin məzarı üzərində qoyulan abidəsindən danışarkən deyib.
Xanəndə bildirib ki, dünyasını dəyişən insanların qəbirüstü abidələrinin müzakirə olunması yaxşı hal deyil:
"Kim necə istəyir elə də abidə qoyur. Bu yazığın hər işi söz-söhbətlə bitir, qəbirüstü abidəsi də onun kimi. Başdaşını müzakirə etmək yaxşı hal deyil”.
Qeyd edək ki, Mərhum Əməkdar artist Aygün Bəylərin məzarı üzərində abidəsi qoyulub. Büstün fotoları sosial şəbəkələrdə paylaşılıb. Xatırladaq ki, Aygün Bəylər bu ilin yanvarında Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Sənətçi Suraxanı qəbiristanlığında dəfn olunub.