Yanacaq nasosunun ömrünü uzatmağın sirləri » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:53 Rusiyada həbs edilən Akif Səfərov apellyasiya şikayəti verdi  |     12:56 Qanunvericiliyə mediada saxta məlumatların dərcinin qarşısının alınmasına dair tələb daxil edilir  |     12:33 AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA  |     12:32 İki boksçumuz Dünya Kubokunda dörddəbir finala yüksəldi  |     12:32 Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektləri 5000 manatadək cərimələnə bilər  |     12:07 Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər gözlənilir  |     12:07 Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə yola düşüb  |     12:06 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:49 KİV Yekaterinburqda azərbaycanlıların qətlinin ehtimal olunan günahkarlarının FOTOLARINI dərc edib (FOTO)  |     11:46 Sumqayıtda 40 yaşlı qadın öldürüldü, əri saxlanıldı  |     11:45 BMT-dən Rusiya-Azərbaycan gərginliyinə reaksiya  |     11:44 Azərbaycan Polisi 107 yaşında  |     11:42 Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO  |     11:36 Goranboyda "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxsə AĞIR CƏZA  |     11:23 Zaxarova: "Rusiya və Azərbaycan üçün dostluq münasibətləri son dərəcə önəmlidir"  |     11:17 İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  |     23:04 Rusiyada azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların həbsi siyasi təzyiq aktıdır  |     22:45 Kseniya Sobçak Rusiya-Azərbaycan gərginliyində Bakının tərəfini tutdu  |     22:35 Mingəçevirdə 34 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb  |     22:27 Milli Məclisin Komissiyasından Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı AÇIQLAMA  |    

Yanacaq nasosunun ömrünü uzatmağın sirləri

"Yanacaq nasosunun nasazlıqları avtomobilin tam sıradan çıxmasına səbəb ola bilər".

Median.Az
-ın Gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı avtomobil mütəxəssisi Sergey Ponomaryov məlumat verib.

Onun sözlərinə görə, bir neçə qaydaya əməl etməklə avtomobilin bu hissəsinin ömrünü uzatmaq olar.

"Maşını boş çənlə sürməkdən çəkinmək vacibdir, yanacaq səviyyəsinin ümumi həcmin ¼-dən aşağı düşməməsi tövsiyə olunur. Nasos yanacaqla soyudulur və onun çatışmazlığı elementlərin qızmasına, sürtünmənin artmasına və hissənin resursunun azalmasına səbəb olur", - deyə ekspert izah edib.

Onun sözlərinə görə, həmçinin keyfiyyətsiz yanacaq ola biləcək naməlum yanacaqdoldurma məntəqələrindən (YDM) uzaq durmaq lazımdır.

O, aşağıkeyfiyyətli benzinin mühərrikin işinə mənfi təsir göstərən qarışıqlar ehtiva etdiyini bildirib.

"Yanacaq sistemində dərin və incə təmizləmə filtrləri təsadüfən nəzərdə tutulmayıb. Onları hər 20 min km yürüşdən sonra dəyişdirmək lazımdır. Filtrlər çirkləndikdə nasosa düşən yük artır və bunun nəticəsində onun xidmət müddəti kəskin şəkildə azalır", - deyə ekspert sözlərini yekunlaşdırıb.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            927 14.11.24 12:25