Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların həbsi siyasi təzyiq aktıdır

01.07.2025 23:04 639
Rusiyada azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların həbsi siyasi təzyiq aktıdır
Rusiyada azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların həbsi siyasi təzyiq aktıdır.

Median.Az
xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, Rusiya hüquq-mühafizə orqanlarının bu cür davranışı, xüsusilə də ortada şəffaf, inandırıcı hüquqi əsas olmadan həyata keçirdiyi həbslər etnik və siyasi motivli təzyiq aktı kimi qiymətləndirilməlidir:

"Rusiyada son günlər azərbaycanlı sahibkarların, diaspor fəallarının və ictimai fiqurların ard-arda həbsi təkcə hüquqi məsələ deyil, bu, eyni zamanda açıq-aşkar siyasi xarakter daşıyan, milli ayrı-seçkilik təəssüratı yaradan, qərəzli bir prosesdir.

Bu cür həbslər Azərbaycan ictimaiyyətində ciddi narahatlıq və haqlı qəzəb doğurur. Bu, nə beynəlxalq hüquq normalarına, nə də dövlətlərarası dostluq münasibətlərinə uyğun gəlir.

Azərbaycanlı sahibkarlar və diaspor təşkilatlarının nümayəndələri uzun illər Rusiya cəmiyyətində dinc şəkildə fəaliyyət göstərib, iqtisadiyyata töhfə verib, Azərbaycanla Rusiya arasında körpü rolunu oynayıb. İndi həmin insanlara qarşı məqsədli basqı kampaniyasının aparılması qətiyyətlə pislənməlidir".

Deputat bildirib ki, bu cür siyasi motivli həbslər Azərbaycan ictimaiyyətində onsuz da reputasiyası çox aşağı olan Rusiya dövlətinə qarşı inamsızlıq və qəzəb yaradır:

"Azərbaycan bu məsələyə biganə qala bilməz. Ölkəmizin aidiyyəti qurumları və diplomatik nümayəndəlikləri haqlı və düzgün olaraq dərhal bu məsələyə müdaxilə edib. Hüquqları pozulan azərbaycanlıların müdafiəsi təmin edilməli, məsələ beynəlxalq müstəviyə çıxarılmalıdır.

Eyni zamanda, iki dövlət arasında dostluq münasibətləri birtərəfli təzyiq və təqib əsasında davam edə bilməz. Heç bir dövlət Azərbaycanla təhdid və təzyiq dilində danışa bilməz. Rusiya da bunu anlamalı və öz siyasətini buna uyğun qurmalıdır. Azərbaycan xalqı və dövləti bu cür haqsızlıqları heç vaxt susqun qarşılamayıb və bu gün də öz həmvətənlərinə qarşı edilən ədalətsizliklərə biganə qalmayacaq".

Son xəbərlər